Accessibility links

Putin Rusiyasında Stalinin populyarlığı artır [Video]


Putin - Stalin
please wait
Embed

No media source currently available

0:00 0:02:32 0:00

Milyonlarla insanın ölümünə görə məsuliyyət daşımasına baxmayaraq, prezident Vladimir Putinin idarə etdiyi Rusiyada sabiq Sovet lideri İosif Stalinin mübahisəli irsini dəstəklənməkdə davam edir. Təhlilçilərin fikrincə, prezident Putin Rusiyaya imperiya, birlik və qələbə gətirən Stalinlə müqayisə edilir.

Rusiya Kommunist Partiyası sovet lideri İosif Stalinin ad gününü hər il onun Qızıl Meydanda məzarına gələrək qeyd edir. "Kommunist partiyası"nın lideri Gennadi Zyuqanov: “Dahi Stalinin cəsarəti və təcrübəsi ölkəsinin xoşbəxtliyini və həqiqətən suverenliyini istəyən hər bir hökumət rəsmisinə bu gün örnək olmalıdır.”

Tərəfdarları Stalin irsinin yalnız bir tərəfini təşfiq edərək, onu II Dünya Müharibəsi zamanı Sovet İttifaqının qələbəsinə nail olan və Soyuq Muharibə dövründə Qərbə qarşı çıxan lider kimi göstərir. “Stalin Sovet İttifaqı və Ruysiya tarixində böyük şəxsiyyət olub. İndiyə qədər belə bir lider olmayıb.” deyə Stalin tərəfdarı Oksana Djuqa bildirir.

Stalin tənqidçiləri isə siyasi repressiyalar da daxil edilməklə, onun bir milyondan çox insanın ölümünə səsəb olduğunu, milyonlarla insanın onun QULAQ düşərgələrində acından öldüyünü deyir.

Ədəbiyyat müəllimi Qalina Petrova: “Stalin qədər insan haqlarını pozan insan olmayıb, hətta Hitler belə onun kimi olmayıb. O bir şeytan, cəhənnəm törəməsi olub. O, insan olmayıb. O, Rusiya və dünya tarixinin qara ləkəsidir.”

Lakin Vladimir Putinin liderlik etdfiyi Rusiyada Sovet imici və Stalinə rəğbət artır, müzeylər açılır, heykəllər qoyulur. Sovet liderinə müsbət bir münasibət var. “Putin tarixi təkrar edir. O, Stalin kimi güclü və bacarıqlı imici yaratmağa çalışır.” deyə, təhlilçi Andrey Kolesnikov bildirir.

Kolesnikov deyir ki, Putinin Krımı ilhaqı Rusiyada imperiya hisslərinin artmasına gətirib çıxarıb. O xəbərdarlıq edir ki, öz tarixlərini unudan ruslar zülmkarı qəhrəman kimi qəbul edəcək. Lakin onun sözlərinə görə, Rusiyada ictimai fikri asanlıqla dəyişmək mümkündür və bir il o biri ildən fərqli ola bilər.

XS
SM
MD
LG