Accessibility links

Rusiya prezidenti Vladimir Putin Amerikanın Suriya müxalifətinin hökumətdə təmsil olunması təklifi ilə razılaşdığını, lakin prezident Bəşad Əl-Əsədin dərhal hakimiyyətdən getməsi fikrini qəbul etmədiyini deyib.

CNN tele kanalının jurnalisti Fərid Zakarianın Sank Peterburqda İqtisadi Forumda apardığı müsahibədə Putin bildirib ki, Suriyada demokratiyaya yeni konstitusiyanın qəbul edilməsi və konstitusiya əsasında hökumətin bütün səviyyələrində seçkilərin keçirilməsi ilə nail oluna bilər.

Putin amerikalı jurnalistin Əsədin Suriya torpaqlarını "qaraış-qarış" geriyə alacağı ilə bağlı iddiası haqda sualını cablandırmaqdan yayınıb, lakin deyib ki, müzakirələr amerikalılar da daxil olmaqla bütün tərəflərin iştirakı ilə keçməlidir. Rusiya prezidenti amerikalıları "bizim müttəfiqlər" adlandırıb.

ABŞ prezidenti Barak Obama administrasiyası Əsədin dərhal hakimiyyətdən getməsini istədiyini bildirib, lakin Putin bunu "mümkün olmayan bir məqsəd" adlandırıb və bunun Suriyada dəyişikliyə nail olunmağın yolu olmadığını bildirib.

Putin eyni zamanda ABŞ prezident seçkiləri ilə bağlı fikrini bildirərək, seçicilərin səs verdiyi hər bir namizədlə işləməyə hazır olduğunu bildirib. Lakin o, respublikaçı namizəd Donald Trampın "parlaq şəxsiyyət" fikrində olduğu haqda əvvəlki açıqlamasını təkrar edib.

Putin Trampın Rusiya və AB arasında münasibətlərin bərpası haqda vədinə yüksək qiymət verdiyini və bu dəyişikliyi alqışlayacağını deyib.

Demokrat namizəd Hillari Klintonla bağlı sualın cavabında Putin yenə də birbaşa cavab verməkdən yayınıb və deyib ki, onunla birbaşa işləmək kimi çox imkanı olmayıb.

XS
SM
MD
LG