Accessibility links

Putin Suriyada tələfatlara görə üsyançıları günahlandırıb


Rusiya prezidenti Vladimir Putin Almaniyanın "Bild" qəzetinə müsahibə verir

Rusiya prezidenti Vladimir Putin Almaniyanın "Bild" qəzetinə müsahibə verir

Rusiya prezidenti Vladimir Putin Suriyada mülki vətəndaşlar arasında tələfatların prezident Bəşar Əl-Əsəd deyil, üsyançılar və onların xarici tərəfdarlarının günahı üzündən baş verdiyini deyib.

O, Almaniyanın "Bild" qəzetinə müsahibədə deyib ki, Əsəd yalnız hökumətə qarşı döyüşən silahlı döyüşçülərə qarşı mübarizə aparır və Suriyada beş ilə yaxındır müharibədə "bir çox səhvlərə yol versə də", zorakılıqların miqyasına görə məsuiyyət daşımır.

Suriyanın İdlib vilayətinin Maarat Əl-Numan şəhərinin sakinləri hərbi hava hücumlarından sonra yaralananlara yardım edir

Suriyanın İdlib vilayətinin Maarat Əl-Numan şəhərinin sakinləri hərbi hava hücumlarından sonra yaralananlara yardım edir

"Münaqişə heç vaxt bu miqyasda olmayıb və Suriyadan kənarda silahlar, maliyyə və döyüşçülər vasitəsilə bu qədər qızışdırılmayıb. Buna görə kim məsuliyyət daşıyır? Ölkəni bütöv saxlamağa çalıçan Əsəd hökuməti? Yoxsa ölkəni hissələrə bölüb hökumətə qarşı döyüşən üsyançılar?"-deyə Putin "Bild" qəzetinə müsahibədə bildirib.

Suriyanın yaxın müttəfiqi olan Rusiya ölkədə keçən il sentyabr ayında hava hücumları kampaniyasına başlayıb. Qərb ölkələri kampaniyanı İŞİD döyüşçüləri deyil, üsyançıları hədəf aldığına görə tənqid edib. Putin hərbi təyyarələrin mülki vətəndaşları hədəf almadığını və Rusiyanın tənqidçilərinin səhv olduğunu sübut edəcək dəlillərə malik olduğunu deyib.

BMT-nin Suriyada tərəfləri by ay Ceevrədə müzakirələr masası arxasına gətirməyə çalışdığı vaxt Putin Suriyaın İraq, ya da Liviya kimi olmasını görmək istəmədiyini bildirib.

BMT-nin Təhlükəsizllik Şurasında Suriyaya dair danışıqlar

BMT-nin Təhlükəsizllik Şurasında Suriyaya dair danışıqlar

BMT-nin planına əsasən, altı ay müddətində atəşkəsə və yeni konstitusiyanın hazırlanmasına və gələn il yeni seçkilərin keçirilməsinə çağırılır. Bundan əvvəl BMT-nin vasitəçiliyi ilə 2014-cü ildə danışıqların iki raundudan az inkişaf əldə edilib. Cenevrədə danışıqlar masası arxasında da kimin olacağı aydın deyil.

Putin deyib ki, Əsədin gələcəyi və onun Suriyada qalıb-qalmayacağını müzakirə etmək hələ tezdir. Rusiya lideri ölkəsinin Əsədə sığınacaq verməsinin problem olmayacağına işarə edərək deyib ki, 2013-cü ildə məxfi sənədləri açıqlayandan sonra Rusiyaya qaçan ABŞ-ın Milli Təhlükəsizlik agentliyinin keçmiş kontraktoru Edvard Snoudenə sığınacaq vermək daha çətin idir.

Putin hazırda Rusiyanın Suriyada həm Əsəd qüvvələrinə, həm də İslam Dövləti qrupunun döyüşçülərinə qarşı mübarizə aparan üsyançı qruplara dəstək məqsədilə hərbi əməliyyatları davam etdirəcəyini deyib.

XS
SM
MD
LG