Accessibility links

Putin Tillersonla görüşüb, ABŞ-Rusiya əlaqələrində gərginliyi qeyd edib


Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət katibi Reks Tillersonla görüşüb, Birləşmiş Ştatlar və Rusiya arasında münasibətlərin prezident Donald Trampın hakimiyyətə gəlməsindən sonra pisləşdiyini qeyd edib.

Rusiya lideri ABŞ-ın baş diplomatı ilə Tillersonun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvanın Suriya prezidenti Bəşar Əl-Əsədə dəstəyi ilə bağlı danışıqlar aparmasından sonra görüşüb. Tillerson-Lavrov görüşüdə keçən həftə ABŞ-ın Suriyada mülki vətəndaşlara qarşı kimyəvi hücuma cavab olaraq aviabazaya raket zərbələri endirməsindən sonra baş tutub.

ABŞ dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada danışıqlar zamanı
ABŞ dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada danışıqlar zamanı

Putin bir zamanlar ExxonMobil neft şirkətinin keçmiş rəhbəri olmuş Tillersonu Rusiyanın “Dostluq” ordeni ilə təltif edib. Lakin Rusiya lideri Mir tele kanalına müsahibəsi zamanı ABŞ-Rusiya münasibətləri ilə bağlı neqativ fikirlərini ifadə edib.

“Qeyd etmək lazımdır ki, işgüzar səviyyədə, xüsusilə də hərbi səviyyədə etibar daha yaxşı səviyyəyə çatmatıb, əksinə pisləşib”-deyə Putin bildirib.

ABŞ-ın milli təhlükəsizlik rəsmiləri kimyəvi hücuma görə Əsəd hökumətini günahlandırıb. Onlar həmçinin Rusiyanın sarin qazı ilə hücumun ya Suriya üsyançılarının provokasiyası olduğu, ya da zəhərli maddənin Suriyanın döyüş təyyarələrinin üsyançıların silah anbarına hücumu zamanı yayıldığına dair iddialarını qəti şəkildə rədd edib.

“Suriya hərbi qüvvələrinin kimyəvi silahlardan istifadə etdiyinə dair sübut haradadır? Heç bir sübut yoxdur. Lakin bu, beynəlxalq qanunun pozulmasıdır. Bu, aydın faktdır”-deyə Putin bildirib.

Lavrov Tillersonla ilk görüşdə onu soyuq qarşılayıb. O, Tilersona deyib ki, Rusiyanın Birləşmiş Ştatların verdiyi “ikimənalı” və “ziddiyyətli” bəyanatlarla bağlı çoxlu sualları var. Lavrovun bildirdiyinə görə, Rusiya üçün Trampın əsl məqsədlərinin nədən ibarət olduğunu başa düşmək önəmlidir.

“Biz Suriyaya qarşı bu yaxınlarda qeyri-qanuni hücumla bağlı həyəcanlı addımlar atıldığını görmüşük. Biz gələcəkdə bu kimi addımların atılması riskinin qarşısının alınmasını olduqca vacib hesab edirik”-deyə Lavrov prezidentin Trampın əmri ilə Birləşmiş Ştatların qanadlı raketlərlə zərbələr endirməsinə işarə edərək bildirib.

Tillerson iki ölkə arasında kəskin fikir ayrılıqlarının olduğunu etiraf edib, lakin Lavrovla açıq və səmimi fikir mübadiləsi aparmaq istədiyini bildirib.

Tillerson prezident Donald Trampın hakimiyyətə gəlməsindən sonra Rusiyaya səfər etmiş ilk yüksək səviyyəli Amerika rəsmisidir.

XS
SM
MD
LG