Accessibility links

Putin Ukraynanın şərqində verilmiş pasportların tanınması haqda fərman imzalayıb


Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində üsyançıların nəzarətində olan ərazilərdə verilmiş pasportların Rusiya Federasiyasında tanınmasına dair fərman imzalayıb.

Bu qərarla münaqişə zonalarında olan vətəndaşların Rusiyaya səfər edə bilməsi və işləmək və təhsil almaq məqsədilə ölkəyə gəlməsinə imkan verilir.

Kremlin veb səhifəsində yerləşdirilmiş fərmana əsasən, Ukraynanın şərqində Donetsk və Luqansk regionlarında verilmiş şəxsiyyət vəsiqələri, diplom, doğum və evlənmək haqda şəhadətnamələri, eləcə də sürücülük vəsiqələri müvəqqəti olaraq Rusiya ərazisində tanınacaq.

Rusiyanın dəstəklədiyi separatçı qüvvələr Donetsk ətrafında

Rusiyanın dəstəklədiyi separatçı qüvvələr Donetsk ətrafında

Kremlin bildirdiyinə görə, rəsmi sənədlərin tanınması Minsk razılaşmalarına əsasən vəziyyətlə əlaqədar siyasi həll tapılana qədər qüvvədə olacaq.

Ukraynanın şərqində hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında bu yaxınlarda döyüşlərin intensivləşməsi ilə beynəlxalq ictimaiyyət diqqəti Rusiya və Qərb arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarmış münaqişəyə yenidən yönəldib.

2015-ci ilin fevralında əldə edilmiş Minsk razılaşmasından sonra döyüşlər ara-sıra yenidən vüsət alıb. Kiyev və Krem döyüşlərə başlamaqda bir-birini ittiham edib.

Almaniya Fransa. Rusiya və Ukraynanın xarici işlər nazirləri Münhendə Təhlükəsizlik Konfransında göürş zamanı Ukraynanın şərqində atəşkəsə nail olunması məqsədilə öz nüfuzlarından istifadə etmək barədə razılıq əldə edib.

XS
SM
MD
LG