Accessibility links

Putinin daha bir dondurulmuş münaqişə istəyi [Təhlil]


Ukraynanın şəqr bölgəsində hökumət qüvvələri ilə rusiyapərəst separatistlər arasında döyüşlərin ara vermədiyi bir vaxt Moskva ilə Kiyev ərazilərinə hücuma görə biri digərini günahlandırır.

Rusiyapərəst separatistlər
Rusiyapərəst separatistlər

NATO Rusiyanın sərhədyanı bölgələrə 10 min nəfərlik əsgəri qüvvə yerləşdirməsini Rusiyanın Ukraynanın işğal edəcəyinə dair qorxuları bir daha artırdığını bildirir.

Təhlilçilərin firkincə, Rusiya prezidenti Vladimir Putinin niyyəti Ukraynanın işğalı deyil, o ölkədə dondurulmuş münaqişələrin kök salmasına yol açmaqdır.

Ukrayna qüvvələrinin separatistlərin əlində olan əraziləri geri aldığı bir vaxt Rusiya mülki vətəndaşının öldürülməsinin qısasını alacağı ilə hədələyir. Moskva sərhəd bölgələrindəki atışma zamanı bir rus vətəndaşının öldürüldüyünü, digərinin isə yaralandığını iddia edir.

Kiyev isə Rusiya ərazisinə atəş açıldığını inkar edərək, üsyançıların Rusiyanı təhrik etdiyini bildirir. Baxmayaraq separatistlər də bunu inkar edir.

Kiyev bundan əlavə hərbi nəqliyyat təyyarəsinin Rusiya tərəfindən vurulub salındığını deyir. Iddialar Rusiya tərəfindən rədd edilir.

Ukrayna prezidenti Petro Poroşenko
Ukrayna prezidenti Petro Poroşenko

Ukrayna prezidenti Petro Poroşenko üsyançıların sıralarında rusların da iştirak etdiyini bildirir.

Rusiyanın “Novaya Qazeta” qəzetinin köşə yazarı, müdafiə məsələri üzrə təhlilçi Pavel Felgenhaurun fikrincə, prezident Putin Donbasda separatistlərin məğlubiyyətini qəbul edə bilmədiyinə görə, hərbi təzyiqlərin artırılması yolunu seçib.

Rusiya eyni zamanda Ukraynada atəşkəsi dəstəkləyir. Pavel Felgenhaurun dediyinə görə, Rusiyanın atəşkəsi dəstəklədiyi halda üsyançıları hərbi təchizatla təmin etməsi münaqişənin davam etdirilməsinə yardım etməsi deməkdir. “Bu kimi separatist anklavının yaradılması Donbasın təhlükəsliyini təmin edir. Bu isə Dneystryanı münaqişəsi kimi 20 illik müzakirələr və münaqişənin dondurulması deməkdir. Bu, Rusiyanın qarşısına qoyduğu məqsəddir.”

Moskvanın Karneqi mərkəzinin direktoru Dmitri Treninin dediyinə görə, Putin Ukraynanın rusların əksəriyyət təşkil etdiyi şərq bölgələrində muxtariyyət yaradılması səyləri ilə o ölkənin NATO-ya üzvlüyünə mane olmağa çalışır.

Putinə Krımın ilhaqı kimi əməllərinə görə qiymət verilməyəcək

NATO təhlükəsizlik problemləri yaşanan ölkələri üzvlüyə qəbul etməyə həvəs göstərmir. Belə ki, bu, NATO-nu hərbi münaqişəyə sürükləyə bilər.

Trenin Rusiya prezidentinin sabiq Sovet respublikalarında münaqişələri dəstəkləmək strategiyasını uğurlu adlandırır. “Putinin NATO strategiyası nailiyyətlidir. Nə Gürcüstan, nə Ukrayna, nə də Moldova NATO-ya üzvlük yolunda irəliləyir.”

Trenin deyir ki, Putinin Ukraynada sülh razılığı əldə edilməsi istəyi Avropa İttifaqı və ABŞ-ın sanksiyalarından yaxa qurtarmaq mahiyyəti daşıyır. “Putinə Krımın ilhaqı kimi əməllərinə görə qiymət verilməyəcək. Əsas iqtisadi göstəricilərdir. Putini Ukraynadan çox ölkədaxili iqtisadi durum narahat edir.”

Bəzi təhlilçilər isə Putinin istədiyi vaxt Ukrayna münaqişəsinə son qoya biləcəyini, lakin eyni zamanda Qərbin ona ehtiramla yanaşmasını istədiyini deyir. Putin Ukraynaya hərbi müdaxiləni hazırda qeyri-mümkün, lakin istisna edilmədiyini göstərmək istəyir.

XS
SM
MD
LG