Accessibility links

Rusiya prezidenti Vladimir Putin çıxışında Ukraynada tərəfləri bir daha siyasi kompramisə çağırıb. O bildirib ki, sülh razılığı Ukraynanın şərqində yaşayan rusdilli xalqın hüquqlarını əhatə etməlidir.

Cənab Putinin çıxışı Rusiya xəbər agentliyinin Donetsk dəmiryolu xəttini hədəf alan bomba partlayışı da daxil olmaqla, Ukrayna-Rusiya sərhədi yaxınlığında yeni döyüşlərin getməsi xəbərindən sonraya təsadüf edib.

Ukrayna prezidenti Petro Poroşenko keçən cümə regionda bir həftəlik birtərəfli atəşkəs elan edərək, separatçılarla danışıqlar aparmaq istədiyini bildirib. Ancaq onun bəyanatı separatçıların lideri tərəfindən rədd edilib.

Cənab Poroşenko həmçinin əlavə edib ki, bu qərar qarşı tərəfin hücumu olduğu təqdirdə Ukrayna qüvvələrinin cavab atəşi açmayacağı anlamına gəlmir.

Ukrayna və Rusiya arasında fevral ayından bəri gərgin qarşıdurmalar davam edir. Ukraynada nümayişçilərin aylarla davam edən etirazları Rusiya tərəfdarı prezidentin ölkəni tərk etməsinə səbəb olub.
XS
SM
MD
LG