Accessibility links

Rusiya prezidenti Vladimir Putin silah-dərəcəli plutonun məhvinə dair Birləşmiş Ştatlarla razılaşmanın ləğvinə dair sərəncam imzalayıb. Razılıq "Vaşinqtonun qeyri-dostcasına addımları" əsas gətirilərək ləğv edilib.

İddia olunur ki, Birləşmiş Ştatlar "artıq silah-dərəcəli plutonun istifadəsinə dair götürdüyü öhdəliyin tətbiqini" təminat altına ala bilməyib.

2000-ci ildə əldə olunan və 2010-cu ildə yenilənən bu saziş hər iki nüvə qüdrətini öz müdafiə proqramlarından silah-dərəcəli plutonu çıxartmağa çağırır.

2010-cu ilin sazişi Rusiya xarici işlər naziri Sergey Lavrov və o zamanki ABŞ dövlət katibi Hillari Klinton tərəfindən imzalanıb. Həmin razılığına əsasən hər iki tərəf 34 kub ton plutonu nüvə reaktorlarında yandırmaqla məhv etməlidir.

Klinton bildirib ki, bu 17 min nüvə silahı istehsal etməyə yetərli olacaq qədər materialdır.

Rusiya və Birləşmiş Ştatlar bu sazişi nüvə silahlarının qarşısının alınması istiqamətində əməkdaşlığın artırılmasına mühüm işarə kimi görürdülər.

Razılığına əsasən hər iki tərəf 34 kub ton plutonu nüvə reaktorlarında yandırmaqla məhv etməli idi.

Ancaq Rusiyanın 2014-cü ildə Krımı ilhaqından və Ukraynanın şərqində üsyançıları dəstəkləməsindən sonra Moskva ilə Vaşinqton arasında əlaqələr Soyuq Müharibə dövründən bəri ən aşağı səviyyəyə düşüb.

Vaşinqton Qərbrin Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməsində başlıca rola malik olub. Moskvaya sanksiyalar Ukrayna böhrarına görə tətbiq edilib.

XS
SM
MD
LG