Accessibility links

Putin və neft


Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də Moskvada illik mətbuat konfransında
Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də Moskvada illik mətbuat konfransında

Rusiya rəsmiləri neft və qaz kimi təbii ehtiyatların ixracından asılılığın azaldılması və iqtisadi inkişafın təmin dilməsi məqsədilə Rusiya iqtisadiyyatının divertifikasiyasının zərurliyini qeyd edir. neftdən gələn gəlirlər Rusiyanın federal büdcəsinin təxminən yarısını təşkil edir.

Keçən həftə illik mətbuat konfransı zamanı prezident Vladimir Putin bu il proqnozlara görə dünya üzrə neft qiymətlərinin bir barel üçün 40 dollardan aşağı həddə düşməsi və milli valyutanın dəyər itirməsi fonunda 4 faiz enəcəyi gözlənilən Rusiya iqtisadiyyatının durumu ilə bağlı narahatlıqları ünvanlayıb. Putin iqtisadiyyatın yaxın zamanlarda yenidən inkişaf edəcəyinə dair nikbin proqnozları təkrar edib.

"Bizim ixracatın dəyər göstəricilərini nəzərə alaraq...hökumət 2016-cı ilə ildə iqtisaidyyatın 0,7 faiz artacağına, 2017-ci ildə 1,9 və 2018-ci ildə 2,4 faiz inkişaf həddinə çatacağına ümid edri"-deyə Putin bildirib.

Putin bu hesablamaların neftin bir barel üçün 50 dollar həddində olduğuna əsaslandığını qeyd edərək, büdcəyə düzəlişlər edilməli olduğunu deyib.

"Divertifikasiya qanunun aliliyi, vətəndaş hüquqları, müstəqil məhkəmə sistemi və təbii ehtiyatlar ticarəti aparan mafiyanı maraqlandırmayan başqa şeylərin olmasını tələb edir"-Vladimir Milov

Energetika nazirinin keçmiş müavini, hazırda "Demokratik seçim" partiyasının lideri Vladimir Milov hesab edir ki, neft qiymətləri enməyə davam edəcək və bunun ölkə üçün mənfi təsirləri olacaq. "Gələn il və bütün il boyu neftin qiyməti 35 dollarla 40 dollar arasında qala bilər, bu isə bu yaxınlarda qəbul edilmiş 2016-cı il büdcəsində nəzərdə tutulmuş proqnozlardan aşağı səviyyədir. Ona görə onlar fedaral büdcə xərclərini kəskin azaltmalı olacaqlar. Onlar bunu Putinin hakimiyyətdə olduğu 16 ildə heç vaxt etməyiblər."

​Bununla belə, Putin hökumətin sosial proqramların maliyyələşdirilməsinə gətirib çıxaracaq yeni hesablamalar və büdcəyə düzəlişlər edilməsinə tələsmədiyini deyib və əlavə edib ki, "hadisələrin inkişafına uyğun olaraq hər hansı variant" nəzərdən keçirilir.

Eyni zamanda, Putin istehsalın həcminin artırılması və bürokratik maneələrin aradan qaldırılması ilə bağlı artıq ənənə hal almış vədlərini də yenidən təkrarlayıb.

"Biz əlbəttə ki iqtisadiyyatın idarə edilməsi mexanimzlərinin təkmilləşdirilməsi, bürokratik prosedurların məhdudlaşdırılması, biznesin idarəçiliyi üçün daha cəlbedici imkanların yaradılması və sahibkarlar və bütünlükdə bizim iqtisadiyyatımız qarşısında duran məsələlərin həllində sahibkarlara dəstək göstərilməsi istiqamətində işi davam etdirməliyik"-deyə Putin əlavə edib.

"Ona görə də mən hesab edirəm ki, divertifikasiya haqda bu ideya ictimaiyyət qarşısında çıxışlarda yaxşı səslənir, əslində isə bu, Vladimir Putinin yaratdığı sistemin əsasları ilə tam ziddiyyət təşkil edir"-Vladimir Milov

Energetika nazirinin keçmiş müavini Milov qeyd edib ki, Rusiya siyasətçiləri neft və qazdan asılılığın azaldılması məqsədilə iqtisadiyyatın divertifikasiyası haqda hələ sovet dövründən danışır. Lakin hakim elita, xüsusilə də Putin dövrü, təbii ehtiyatlarla ticarətdən böyük dividendlər aldıqları üçün başqa sahələrə diqqət göstərmir.

"Divertifikasiya qanunun aliliyi, vətəndaş hüquqları, müstəqil məhkəmə sistemi və təbii ehtiyatlar ticarəti aparan mafiyanı maraqlandırmayan başqa şeylərin olmasını tələb edir. Ona görə də mən hesab edirəm ki, divertifikasiya haqda bu ideya ictimaiyyət qarşısında çıxışlarda yaxşı səslənir, əslində isə bu, Vladimir Putinin yaratdığı sistemin əsasları ilə tam ziddiyyət təşkil edir"-deyə Milov bildirib.

"Buna görə də iqtisadi islahatlar tez bir zamanda Putinin siyasi hakimiyyəti itirəcəyi bir məqama gətirib çıxara bilər. Bu da onun hazırkı sistemi saxlamağa çalışması və heç vaxt ondan imtina etməməsinin səbəblərindən biridir"-deyə Milov qeyd edib.

Yük maşınları sürücülərinin etiraz aksiyası
Yük maşınları sürücülərinin etiraz aksiyası

Rusiyanın ən böyük neft-qaz şirkətləri Putinin hələ Sank Peterburqda işlədiyi dövrdə tanıdığı dostları da daxil olmaqla onun ən yaxın əhatəsində olan adamlar tərəfindən idarə edilir. İqor Seçin "Rosneft" dövlət neft korporasiyasının, Aleksey Miller "Qazprom" şirkətinin rəhbəridir. Neft qiymətləri düşdüyü və "Rosneft"in vəziyyəti pisləşdiyi üçün hökumət şirkətin aksiyalarının 19 faizini satmaq məsələsini nəzərdən keçirir. Putin mətbuat konfransında şirkətin hökumətin aksiyalar paketini saxlaması şərtilə qismən özəlləşdirilməsinin mümkünlüyünü qeyd edib.

Neft qiymətlərinin dünya üzrə enməsinə baxmayaraq, istehlakçıların 12 faiz inflasiya və gəlir səviyyəsinin azalmasının təsirlərinə məruz qalması nəticəsində Rusiya vətəndaşları benzin və kommunal xidmətlərə daha çox pul xərcləyir.

"Buna görə də iqtisadi islahatlar tez bir zamanda Putinin siyasi hakimiyyəti itirəcəyi bir məqama gətirib çıxara bilər. Bu da onun hazırkı sistemi saxlamağa çalışması və heç vaxt ondan imtina etməməsinin səbəblərindən biridir"-Vladimir Milov

Son illər ən ciddi sənaye münaqişəsi avto magistrallarda gediş haqqının artırılmasına etiraz edən yük maşını sürücülərinin aksiyası olub. Sürücülər Moskvaya giriş də daxil olmaqla əsas magistralları bağlayır. Rusiyada yolların çox pis vəziyyətdə olmasına baxmyaraq, böyük yük maşınları üçün gediş haqqı iki dəfə artırılıb. Bu addım təkcə iqtisadiyyat üçün olduqca qeyri-münasib bir vaxt qəbul edildiyinə görə deyil, həm də bunun Putinin bir zamanlar birlikdə dzüdo ilə məşğul olduğu dostu Arkadi Rotenberqin oğlu İqor Rotenberqə məxsus şirkət tərəfindən icra ediləcəyinə görə belə münasibətlə qarşılaşır.

Putin mətbuat konfransda "12 tondan qğır yük maşınlarının yüngül avtoobillərlə müqayisədə yollara dağıdıcı təsirini" qeyd edərək, bu qərarı müdafiə edib.
Milov əhali arasında bəzi qrupların iqtisadi vəziyyətin pisləşməsi və hökumət xərclərinin azalmasının təsirlərinə baçqalarına nisbətən daha çox məruz qaldığı üçün yeni etirazların gözlənilə biləcəyini deyir.

"Biz həm iqtisadi, həm siyasi və iğtişaşlar kimi ciddi problemlərlə qarşılaşa bilərik. Amma fikrimcə, Rusiya cəmiyyəti Putinin bizi tələyə saldığını və bizim daha yaxşı gələcək qurmaq üçün hazırkı sistemi kökündən dəyişməli olduğumuzu mütləq dərk edəcək. İndi bunu daha çox adam başa düşür. Belə adamların sayı iqtisadi problemlərin ciddiləşməsi ilə daha da artacaq"-deyə Milov bildirib.

"Rusiya cəmiyyəti Putinin bizi tələyə saldığını və bizim daha yaxşı gələcək qurmaq üçün hazırkı sistemi kökündən dəyişməli olduğumuzu mütləq dərk edəcək. İndi bunu daha çox adam başa düşür. Belə adamların sayı iqtisadi problemlərin ciddiləşməsi ilə daha da artacaq"-Vladimir Milov

Rusiya Elmlər Akademiyası yanında Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutunun direktoru Ruslan Qrinberq deyir ki, hökumət sosial sahədə xərclərin ciddi azaldılmasına getməkdənsə, daha çox kredit götürməyə üstünlük verəcək.

"Borca gəldikdə, biz dünya çempionlarıyıq. Əgər ABŞ-ın borcu ümümdaxili məhsuldan 100 faiz artıqdırsa, bizdə bu, yalnız 15 fazidir, ona görə də borcu artırmaq üçün bizim hələ manevr imkanlarımız var. Büdcə defisiti də artacaq. İndi bu, 3-4 faiz təşkil edir, amma yəqin ki 7-8 faizə qədər yüksələcək"-deyə Qrinberq bildirib.

​Qinrberq Rusiya iqtisadiyyatının perspektvilərinin o qədər də pis görünmədiyini deyir. Problem ondadır ki, iqtisadiyyatı idarə edənlər öz işlərini pis görür. Xərclərin azalması və iqtisadi inkişafının azalmasının ən böyük təsirinə onun sözlərinə görə, əhalinin 20 faizini təşkil edən orta sinif məruz qalacaq.

"Biz uzun müddət davam edən ağır bir dövrdəyik və belə görünür dövlət büdcəsində xərcləri ixtisar etməli olacağıq, amma hansı xərclərin azalacağı, hansınınsa dəyişməyəcəyini bilmirik. Bir şey aydındır ki, Rusiyada yeni iqtisadi reallıq formalaşır. Bu dövr yəqin qısa olmaycaq, çünki neft gəlirlərini əvəz edəcək bir şey yoxdur"-deyə Qrinberq əlavə edib.

XS
SM
MD
LG