Accessibility links

Rusiya prezidenti Vladimir Putin ABŞ kəşfiyyat orqanlarının sabiq texniki işçisi Edvard Snoudenin Moskva hava limanında tranzit zonada olduğunu və onun Birləşmiş Ştatlara ekstradasiya olunmayacağını deyib.

Finlandiyada səfərdə olan cənab Putin Rusiyanın qanunları pozması ilə bağlı ittihamları rədd edib. O, Rusya və Birləşmiş Ştatlar arasında ekstradasiyaya dair müqavilənin olmadığını bildirib.

Snouden Birləşmiş Ştatlar tərəfindən ABŞ kəşfiyyat proqramına aid məxfi məlumatları yaydığı üçün axtarışdadır. Cənab Putin onun azad insan olduğunu, Rusiyada heç bir qanunu pozmadığını və gedəcəyi ölkə barədə tezliklə seçim etməsinin daha yaxşı olacağını deyib.

O həmçinin Snoudenin Rusiyanın məxfi kəşfiyyat orqanları ilə işləmədiyini bildirib.
Cənab Putin baş verənlərin Vaşinqtonla əlaqələrə təsir etməyəcəyinə ümid etdiyini deyib.

Dövlət katibi Con Kerri Birləşmiş Ştatların konfrontasiya tərəfdarı olmadığını deyib və tərəfləri təmkin və səbir göstərməyə çağırıb.
XS
SM
MD
LG