Accessibility links

Vladimir Putin Əli Xameneyi ilə görüşüb


Rusiya prezidenti Vladimir Putin İran liderləri ilə Suriya böhranı barədə danışıqlar aparmaq üçün Tehrana gedib.

Son 8 ildə ilk dəfə İrana səfər edən Putin ali dini lideri Ayətulla Əli Xameneyi ilə görüşüb.

Bu müzakirələr qaz ixrac edən ölkələrin İranda bir günlük sammitindən kənar keçirilib.

Tehran və Moskva 2011-ci ildən bəri davam edən və 250 min insanın həyatına son qoyan vətəndaş müharibəsində Suriya prezidenti Bəşar Əl-Əsədi dəstəkləyib. Zorakılıqlar nəticəsində milyonlarla insan evlərindən didərgin düşüb.

Xatırladaq ki, sentyabrın 30-u Rusiya ordusu İŞİD və başqa qruplara qarşı ilk hava hücumu həyata keçirib. Bu qrupların əksəriyyəti ABŞ-ın hava hücumlarının müşayiət etdiyi və Əsədə qarşı döyüşən mötədil Suriya qruplarıdır.

XS
SM
MD
LG