Accessibility links

Putin Ukraynada böhrana görə Qərbi günahlandırır


Prezident Vladimir Putin Rusiyanın təhlükəsizliyinə yeni hədələrə cavab verəcəyini deyərək, Ukraynada böhrana görə Qərbi günahlandırıb.

Moskvada hökumət rəsmiləri ilə görüşdə danışan cənab Putin potential hərbi təhlükələrin dəyərləndirilməsi və buna müvafiq cavabın tapılmasına çağırıb.

O, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemini qeyd edərək, bunu NATO qüvvələrinin Şərqi Avropada yerləşdirilməsi adlandırıb.

NATO bu yaxınlarda çevik qüvvələrin yaradılacağını elan edib. ABŞ prezidenti Barak Obama bunun Rusiya üçün Ukraynanın şərqində hökumət qüvvələri və Rusiya tərəfdarı separatçılar arasında münaqişəyə bənzər mümkün təcavüzə yol verməməsi üçün siqnal olduğunu deyib.

Cənab Putin bildirib ki, Ukraynada böhran Rusiyanın bəzi Qərb tərəfdaşları tərəfindən yaradılıb və ondan NATO-nun dirçəlməsi üçün istifadə edilir.O, hökumətinin Rusiyanın təhlükəsizliyi ilə bağlı qərarlar verdikdə bunun nəzərə alındığını deyib.

Cənab Putin bildirib ki, Rusiyanın müdafiə planları nüvə silahlarından istifadədən çəkinmə siyasətinin davamını, strateji və uzun mənzilli raketlərin təkmilləşdirilməsini və hava hövzəsinin müdafiəsi siteminin inkişaf etdirilməsindən ibarətdir. “Lakin Rusiya yeni silah yarışına qoşulmayacaq”-deyə o əlavə edib.

Prezident Vladimir Putin həmçinin hərbi-sənaye komissiyasına birbaşa nəzarət etmək üçün səlahiyyətlərinin genişləndiriləməsinə dair sərəncam imzalayıb.

Çərşənbə günü Rusiya habelə sualtı hərbi gəmidən atılılmış nüvə başlığı daşımaq qabiliyyəti olan Bulava ballistik raketini sınaqdan keçirib.

XS
SM
MD
LG