Accessibility links

Rusiya prezidenti Vladimir Putin soyuq müharibə dövrünün ritorikasına qayıdaraq, Birləşmiş Ştatları dünyanı idarə etmək iddiasında olmaqda tənqid edib.

Soçidə danışan cənab Putin özünü soyuq müharibə dövrünün qalibi hesab edən Birləşmiş Ştatların dünyanın düzənini özünə uyğun şəkildə qurmağa çalışdığını deyib.

Kreml lideri Qərbin siyasi ambisiyalarına dair nəzəriyyəsini Ukrayna böhranı ilə əlaqələndirib. O, ABŞ və onun müttəfiqlərinin Urkaynada keçmiş prezident Viktor Yanukoviçin hakimyyətdən devrilməsilə nəticələnmiş, onun sözlərilə, “dövlət çevrilişi”nə görə məsuliyət daşıdığını deyib. Rusiya ilə yaxın əlaqələri olan Viktor Yanukoviç kütləvi nümayişlər nəticəsində Kiyevi tərk edib. Cənab Putinin sözlərinə görə, bu, Ukraynada qarışıqlıq, vətəndaş müharibəsi və dağıntılara səbəb olub.

Rusiya lideri həmçinin Ukraynanın hazırkı hökumətinin ölkənin şərqində Rusiya tərəfdarı separatçılarla münaqişəni dialoq yolu ilə həll etmək istədiyini görmədiyini deyib.

NATO-nuin hərbi komandiri, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Filip Bredlov qüvvələrin tədricən çıxarılmasına baxmayaraq, Rusiyanın hərbi qüvvələrinin bir hissəsinin Ukrayna ərazisində qalmağa davam etdiyini deyib.

XS
SM
MD
LG