Accessibility links

Rusiya prezidenti Vladimir Putin bir neçə gün onun xəstələndiyi, öldüyü və ya hakimiyyətdən devrildiyi barədə dolaşan söz-söhbətlərdən sonra ictimayyət arasına çıxıb.

Sankt-Peterburqun Konstantin sarayında təkbətək görüşdən əvvəl cənab Putin və Qırğızıstan prezidenti Almazbek Atambayev müxbirlərin qarşısına çıxıb.

Rusiya lideri haqda dedi-qodulardan danışan cənab Atambayev bildirib ki, cənab Putin onu sarayı gəzdirib və onun səhhətinin qaydasında olmasından əmindir.

Putin isə gülərək “dedi-qodusuz həyat darıxdırıcı olardı” deyib.

Rusiya prezidenti martın 5-də İtaliyanın baş naziri Matteo Renzi ilə Moskvada görüşdükdən sonra ictimayyət arasına çıxmamışdı.

Qazaxıstan və Belarus prezidentləri ilə müvafiq olaraq martın 12 və 13-nə nəzərdə tutulmuş görüşlər təxirə salınmışdı. Reuters xəbər agentliyi Qazaxıstan hökumət mənbələrinə istinadən görüşün cənab Putinin xəstələnməsi səbəbi ilə təxirə salındığını deyyib.

Kreml cənab Putinin liderlərlə görüşünün cümə gününə təxirə salındığını elan edib.

XS
SM
MD
LG