Accessibility links

Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri ilə cəbhədəki durumu müzakirə edib


Vladimir Putin, İlham Əliyev, Serj Sarkisyan
Vladimir Putin, İlham Əliyev, Serj Sarkisyan

Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı olub.

APA agentliyi bu məlumatı Kremlin mətbuat xidmətinə istinadən yayıb.

Məlumatda deyilir ki, Putin həmkarları ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

Rusiya prezidenti çoxsaylı insan itkisi ilə nəticələnən genişmiqyaslı hərbi qarşıdurma ilə əlaqədar ciddi narahatçılıq keçirdiyi söyləyib. O, hər iki tərəfi təcili şəkildə hərbi əməliyyatları tam dayandırmağa və atəşkəs rejiminə əməl etməyə çağırıb.

Qeyd olunub ki, Rusiya vəziyyətin normallaşması üçün vasitəçilik addımları həyata keçirir, bundan sonra da keçirəcək.

Bundan başqa, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Bakı və İrəvanla danışıqlar prosesinin bərpa olunmasının vacibliyi vurğulanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG