Accessibility links

Putinin siyasi profili [Video]


Putinin siyasi profili
please wait

No media source currently available

0:00 0:03:35 0:00

Putinin siyasi profili

Rusiya prezidentinin reytinqləri rekord dərəcədə yüksəkdir

Rusiyanın böhranla üzləşən iqtisadiyyatına baxmayaraq, prezident Vladimir Putinin reytinqləri rekord dərəcədə yüksəkdir. Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısını ala bilməyib. Putinin təhlilçiləri keçmiş agentin Rusiyanı özünün düşündüyü kimi layiq olduğu statusda bərpa etmək istədiyini deyirlər.

Ötən bazar ertəsi prezident Vladimir Putin Moskvada Rusiyanın hərbi qələbələrini və müharibə veteranlarını yad edən “Vətən müdafiəçiləri gününü” qeyd edib.

Rusiyada artıq oliqarx yoxdur. Orada sadəcə Putin diktaturası var və var-dövlətləri və Rusiya siyastindəki rollarına görə Putindən tamamilə asılı insanlar var

Lakin "Yeni Soyuq Müharibə" kitabının müəllifi Edvard Lukas cənab Putinin dünya görüşünü müəyyən edən hadisənin 1991-ci ildə Sovet Imperiyasının süqutu olduğunu deyir.

“O düşünür ki, 1990-cı illərdə Rusiya aldadılıb, Sovet İttifaqı isə Qərb tərəfindən alçaldılıb və süquta yetirilib. İndi isə artıq itirilən status və torpaqlar geri qaytarılmalıdır”.

Qərb liderləri bu düşüncənin atıq Ukrayna üzərində tətbiq olunduğunu deyirlər və onlar Putini sərhədlərə qoşun göndərməkdə günahlandırırlar, hansı ki, Kreml bu ittihamları rədd edir. Qərb Rusiya liderinə yaxın bir neçə oliqarxa qarşı sanksiya tətbiq edib. Lakin "Kövrək İmperiya" adlı Putinin bioqrafiyasının müəllifi Ben Cuda sanskiyaların təsirinin cüzi olduğunu deyir.

”Bu onu göstərir ki, Rusiyada artıq oliqarx yoxdur. Orada sadəcə Putin diktaturası var və var-dövlətləri, Rusiya siyasətindəki rollarına görə Putindən tamamilə asılı insanlar var”.

Vladimir Putin
Vladimir Putin

Cudah deyir ki, Vladimir Putin Rusiya xalqını dirçəldəcək və idarə edəcək yeganə insan olduğunu düşünür.

“O bunu müharibə yolu ilə etməlidirsə, belə də edəcək, iqtisadi artımla etməlidirsə-iqtisadi artım yolu ilə edəcək. Bunu yeganə yollu millətçilik və Qərblə qarşıdurmadırsa, o, bunu da edəcək”.

Vladimir Putin Sovet İttifaqının kəşfiyyat xidməti, DTK zabiti olub və daha sonra podpolkovik rütbəsinə yüksəlib. Bu isə unudulmaz bir iz buraxıb, deyə Edvard Lukas bildirir.

“O, KQB-nin əyarı olan amansız və paranoyd dünyagörüşünə sahibdir. O artıq diqqət mərkəzində olmaq istəyir. O, kölgədən çıxıb beynəlxalq fiqura çvevrilmək istəyir və bu statusun gətirdiyi hər bir şeydən zövq alır.”

Putin çox tənha, kədərli, təcrid olunmuş, bədəninin parçalanmasından dəhşətə gələn bir insandır. O, Rusiyanın belə bir vəziyyətdə olduğu və bununla üzləşdiyi üçün özünə qarşı mərhəmət hiss edir.

Bu cür nüfuzunun olmasına baxmayaraq, cənab Putin ötən noyabr verdiyi müsahibədə çox az sayda dostu olduğunu etiraf edib.

“Bilirsiniz, qəribə səslənsə də mən özümü yalnız hiss etmirəm. Mən çoxlu dost yığıncaqlarında iştirak etmirəm - hətta ən yaxın hesab etdiyim dostlarımla belə”.

Bu cür səmimiyyət çox nadirdir. Cənab Putin 2009-cu ildə köynəksiz ata mindiyi zaman və 2012-ci ildə durna dəstəsi ilə birgə uçduğu zaman kişilik obrazını sərgiləmək istəyirdi.

Ben Cudah isə bu obrazın Putinin zəifliyini gizlətdiyini deyir.

“Putin çox tənha, kədərli, təcrid olunmuş, bədəninin parçalanmasından dəhşətə gələn bir insandır. O, Rusiyanın belə bir vəziyyətdə olduğu və bununla üzləşdiyi üçün özünə qarşı mərhəmət hiss edir”.

Təhlilçilər müasir Kremlin arxasında dayanan insanı, yəni nəyin bahasına olursa-olsun Rusiyanın gücünü və şərəfini bərpa etməyə çalışan prezident və keçmiş KQB agentini, başa düşmək üçün bu cür çətinlikləri anlamağın vacib olduğunu deyirlər.

XS
SM
MD
LG