Accessibility links

Putinlə Olland Parisdə görüşüb


Fransa prezidenti Fransua Olland və onun rusiyalı həmkarı Vladimir Putinin Elisi prezident sarayında əl sıxışmasına baxmayaraq, Parisdə baş tutmuş görüşdə gərgin simalar Suriya məsələsinə dair Qərblə Moskva arasında fikir ayrılıqlarının artmasına işarə edib.

Olland Putinlə 4 saatlıq danışıqlar barədə qısa məlumat verib. Danışıqlar Rusiyanın Suriyadakı hava hücumlarının məqsədi və hədəfləri əhatə edib. Onların müzakirəsi bu həftə həm Rusiya, həm də Fransanın Suriya ərazisində ilk hava hücumlarından sonraya təsadüf edib.

Fransa bəyan edib ki, onların hücumları İŞİD-in təlim düşərgəsini darmadağın edib. Moskvanın rədd etməsinə baxmayaraq isə, Rusiyanın hücumları bu həftə əsasən Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı mübarizə aparan mötədil üsyançıları hədəf alıb.

Hər iki hərbi əməliyyatın Suriyada axan qanları dayandırmaq məqsədi ilə həyata keçirildiyi bildirilib və bu mövzu Parisdə masa üzərində olub. "Yalnız İŞİD hədəf alınmalıdır, başqa heç kim" - deyə Olland danışıqların əvvəlində bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG