Accessibility links

Pxenyanla altıtərəfli müzakirələrin bərpası nəzərdə tutulmur


ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Qlin Davies və onun Cənubi Koreyalı həmkarı Ço Tae Yonq Pxenyanla altıtərəfli müzakirələrin bərpasının yaxın zamanda baş tutmayacağını bildirib.

Hər iki nümayəndə bunları Pxenyanın nüvə proqramını müzakirə etdikdən sonra bildirib. Davies deyib ki, Şimal Koreya yarımadanın silahsızlşadırılması öhdəliklərinə əməl etməkdən boyun qaçırır. O, Pxenyanın səmimmiyətinə dair heç bir işarə olmadığını vurğulayıb.

Şimali Koreya isə 3-cü nüvə cihazının sınaqdan keçirilməsini müdafiə edərək, Vaşinqton və Cənubi Koreyanı müharibə ilə təhdid edir. Gərginliklər Koreyaların Kaesonq təsisatımın açılışı və ailələrin unifikasiya prosesinin canladırılması barədə razılığına baxmayaraq, azalmaq bilmir.

Cənubi Koreyalı nümayəndə Ço Tae Yonq altıtərəfli müzakirələrin məqsədinin silahsızlaşma olmasına baxmayaraq, Şimalın özünü nüvə ölkəsi elan etdiyini bildirib.

Çin, Yaponiya, Cənubi Koreya, Rusiya və ABŞ-ın iştirakı ilə müzakirələrə 2003-cü ildə start verilib.

2009-cu ildə Şimal danışıqlardan geri çəkilib.
XS
SM
MD
LG