Accessibility links

Pxenyan ABŞ-la Cənubi Koreyanın birgə hərbi təlimlərinə qəzəblənib


Fighter jets on the deck of the USS George Washington during joint manuevers with South Korea's navy in the Yellow Sea, June 24, 2012. (VOA/S. Herman)
Fighter jets on the deck of the USS George Washington during joint manuevers with South Korea's navy in the Yellow Sea, June 24, 2012. (VOA/S. Herman)
Şimali Koreya keçən həftənin cümə günü keçirilən ABŞ-Cənubi Koreya birgə hərbi əməliyyatlarında milli bayraqlarının hədəf kimi istifadə olunmasına qəzəblənib.

2 minə yaxın Cənubi Koreya və Amerika əsgəri qırıcı təyyarələr, tanklar və hücum vertolyotların müşayiəti ilə mümkün hücumlara cavab hazırlığı təlimləri keçib. Hərbi təlim 1950-ci il iyunun 25-də Koreya müharibəsinin başlamasının 62-ci il dönümünə təsadüf edir.

Əsl güllələrdən istifadə olunan atışma təllimi zamanı Şimali Koreyanın irimiqyaslı bayrağı istifadə edilib.
Dünən Şimali Koreyanın Mərkəzi Koreya Xəbər Agentliyi vasitəsilə açıqlanan bəyanatda Pxenyan bunu həddən artıq ciddi hərbi addım və siyasi motivli təxribat adlandırıb.
XS
SM
MD
LG