Accessibility links

Elm

İstiliyə dözümlü Pyrex şüşə qabları 100 yaşını qeyd edir [Video]


Pyrex qabının qapağının səsi dünyanın demək olar hər yerində mətbəxlərdə çoxlarına tanışdır.

İstiliyə dözümlü şüşə 19-cu əsrin sonlarında Almaniyada ixtira edilib və əsasən fənər və silindrlərdə teleqraf və telefon bateryalarının saxlamaq üçün istifadə olunub.

Onların mətbəxdə istifadəsi təsədüfən kəşf edilib. Corning Glass Vorks şirkətində çalışan bir mütəxəssis-alim həyat yoldaşına istiliyə və mexaniki gücə dözümlü boş baterya bankası gətirib.

Kelli Elliot: "Qadın bu bankada keks bişirmək qərarına gəlir və bunun hətta keramika və ya metal qabda bişirməkdən daha çox səmərəli olduğunu görür."

Corning Museum of Glass muzeyinin əməkdaşı Kelli Elliot deyir ki, 1915-ci ildə Pyrex şüşə qablar satışa çıxarılanda dərhal populyarlıq qazanmağa başladı.

İlk vaxtlar qablar şəffaf şüşədən düzəldilirdi və daha sonra şirkət rəngli şüşələr də təklif etməyə başladı.

Aunt Katies Attic dükanının sahibəsi Kate Halasz deyir ki, həmin rəngli retro şüşə qablar kolleksiyaçılar tərəfindən daha çox rəğbət qazanır

Keyt Halasz: "Ən populyar rənglər çəhrayı və firuzəyidir. Dostluq modeli isə 70-ci illərdə istehsal edilib. Kolleksiyaçıların ən çox topladığı qabdır.”

Borosilikat şüşə temperature dəyişikliyinin təsirinə məruz qalmadığı üçün ondan astronomiya cihazlarında da istifadə olunur. Buna Mount Palomar rəsədxanasındakı 5,1 metr uzunluğundakı teleskop misal gətirilə bilər.

Pyrex qablara gəldikdə, onlar hələ də şirkətlər tərəfindən istehsal olunaraq bu brendi yaşadır.

XS
SM
MD
LG