Accessibility links

Fələstin prezidenti koalisiya hökuməti qarşısında and içib


Mideast Palestinians Unity

Mideast Palestinians Unity

Fələstin prezidenti Mahmud Abbas son yeddi il ərzində İordan Çayının Qərb Sahili və Qəzza Zolağını ayrı-ayrılıqda idarə edən Fətah və Həmas qrupları arasında qurulmuş yeni birgə hökumətin qarşısında and içib.

Ramallahda keçirilən mərasim cənab Abbasın Həbsxana Məsələləri Nazirliyinin yeni hökumətə daxil edilməməsi qərarına dair yaranan mübahisə son anda həllini tapmasından sonraya təsadüf edib.

ABŞ Həması terrorçu təşkilat hesab edir və dövlət katibi Con Kerri bazar günü cənab Abbasa islamçı qrupun Fələstin hökumətində iştirak etməsi barədə narahatlığını bildirib.

Dövlət Departamentiinin sözçüsü Cen Psaki deyib ki, cənab Abbas Con Kerrini yeni hökumətin zorakılığın qarşısını alacağına və İsraili tanıyacağına əmin edib. Dövlət katibi isə cavabında ABŞ-ın yeni Fələstin hökumətini tərkibi, qanunları və əməllərinə görə dəyərləndirəcəyini deyib.
XS
SM
MD
LG