Accessibility links

Bu gün Beynəlxalq Qaçqınlar günüdür.

BMT-nin Qacqın Agentliyinin bildirdiyinə görə, ötən il 51 milyon insan məcburi şəkildə evlərini tərk edib. Bu, İkinci Dünya Müharibəsindən sonra ən yüksək göstəricidir.

Agentliyin hesabatında bildirilir ki, bu insanlara qaçqınlar, sığınacaq axtaranlar və məcburi köçkünlər daxildir. Sənəddə göstəricinin artması Suriya münaqişəsi nəticəsində 2.5 milyon insanın qaçqına və 6 milyonun məcburi köçkünə çevrilməsi ilə artıb.

BMT-nin qaçqınlar üzrə baş komissarı Antonio Guterresin bildirdiyinə görə, verilən böyük itkilər nə münaqişələri, nə də müharibələri dayandırır.

Əfqanıstan, Suriya və Somalinin payına dünya əhalisinin yarısı qədər-16.7 milyon qaçqın düşür.

2013-cü ildə İran, Pakistan və Livan qaçqınların sığınacaq tapdığı əsas ölkələrdir. Bu ölkələrə 3 milyon artıq qaçqın sığınıb.
XS
SM
MD
LG