Accessibility links

Yunanıstanın İdomeni kəndində yerləşən qeyri-rəsmi qaçqın düşərgəsinin evakuasiyası başlanıb.

8400 insanın qaldığı düşərgəyə azı 400 polis zabiti göndərilib. Yunanıstan rəsmiləri zəmanət verib ki, qaçqınlar düşərgədən çıxarıldığı zaman onlara qarşı güc tətbiq edilməyəcək.

İdomeni düşərgəsində qaçqınlar

İdomeni düşərgəsində qaçqınlar

Əksəriyyəti Suriya, Əfqanıstan və İraqdan olan qaçqınlar rəsmi düşərgələrə köçürülməklə daha yaxşı həyat şərtləri əldə edəcəkləri ümidi ilə rəsmilərə tabe olub.

Buna baxmayaraq bəziləri getməyə meyl göstərməyib.

Bu evakuasiyanın öncəki aylarda cəhd edilən evakuasiyalardan fərqi ondadır ki, Yunanıstan rəsmiləri Tessaloniki ətrafında doqquz düşərgənin yerini təsdiqləyib. Beləliklə miqrantlar haraya getdiklərini bilir, yeni düşərgələr isə onları qəbul etməyə hazır vəziyyətdədir.

İdomeni “düşərgəsi” Makedoniya və Yunanıstan sərhədi arasındakı piyada keçidində salınmış qaçqınların qeyri-rəsmi məskunlaşma yeridir. Mart ayında Makedoniya sərhədlərini bağlayandan sonra düşərgə sakinlərinin sayı 12 minə çatıb.

Qaçqınlar Yunanıstan Makedoniya sərhədini keçməyə çalışır

Qaçqınlar Yunanıstan Makedoniya sərhədini keçməyə çalışır

O vaxtdan bəri Yunanıstanda mövcud olan qaçqın problemi daha da ciddiləşib və rəsmilər İdomenidəki miqrantların rəsmi düşərgələrə yerləşdirilməsi üçün addımlar atmağa vadar edilib.

Lakin qaçqınların çox az hissəsi Yunanıstanda məskunlaşmaq istəyir. Onların əksəriyyəti Almaniya və İsveç kimi iqtisadi baxımdan daha güclü inkişaf etmiş ölkələrə getməyə ümid edir.

Avropa İttifaqı Yunanıstandakı yeni rəsmi qaçqın düşərgələrinə maddi yardım təklif etməsə də, dəfələrlə bu problemədən xəbərdar olduğunu bəyan edib.

XS
SM
MD
LG