Accessibility links

ABŞ-da qaçqın qəbulu məsələsi mübahisə mövzusuna çevrilib [Video]


ABŞ-da Parisdəki terror aksiyalarından sonra Suriya qaçqınlarının qəbulu ilə bağlı siyasi bir alovlanma yaşanıb.

ABŞ Konqresində respublikaçıların əksəriyyəti prezident Barak Obamanın əlavə 10 min qaçqına sığınacaq verilməsi təklifini nəzərdən keçirib. Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası Suriya və İraq qaçqınlarını ABŞ-da yerləşdirmək planının əleyhinə səs verib. Prezident Obama ölçü Senatdan keçərsə ona veto qoyacağını bəyan edib.

Fransada həyata keçirilən terror aksiyaları Amerikada da ola bilər. Belə ki, qaçqın adı altında terrorçular ölkəyə daxil ola bilər. Bunu prezidentin respublikaçı opponenləri deyir. Respublikaçı senator Ceff Seşşon : “Bu ölkədə belə bir şeyin baş verəcəyi istisna edilmir.”

Konqresin təsdiqi olmadan Suriya qaçqınlarının qəbulunun dayandırılması təklif edilib.

Respublikaçı senator Ceff Seşşon : “Əgər şəxslərin keçmişinin yoxlamaq mümkün deyilsə, terroçu tendensiyasına malik olan insanlar da qəbul edilə bilər.”

Demokratlar isə deyir ki, Amerikadan sığınacaq istəyənlərin yoxlanışı aylar və hətta illərlə vaxt apara bilər. Demokarat senator Ben Kardin : “Yoxlanış prosesi bir çox agentliyin işə cəlb edilməsini, uzun zaman tələb edir. İnsanların əsasən İŞİD olmaqla, terror şəbəkələri ilə əlaqəsi olub-olmadığının öyrənilməsi vaxt tələb edir.

Respublikaçılar Suriya kimi müharibə zonaları və problemli ölkələrdən ölan insanların ciddi şəkildə yoxlanılmasını istəyir.

Respublikaçı senator Bob Korker: “Bir ölkədə ki, məlumat bazası yoxdur, bu insanların kimliyini necə müəyyən etmək olar?”

Nümayəndələr Palatasının demokrat üzvləri məsələyə maksimum diqqət veriləcəyini deyir.

Demokrat Nümayəndə Eliot Engel: “Mən terrorçuların qaçqın kimi maskalanaraq ölkəmizə gəlməsini istəmirəm. Qaqçın qəbulunda olduqca ciddi olmalıyıq. Amma qapıları insanların üzünə bağlamaq, şəfqət göstərməmək də yol deyil.”

Kardin bununla tam razıdır. “Biz açıq bir icmayıq. Terrorçuların ölkədəki kursumuzu dəyişməsinə imkan verməyəcəyik.”

Vaşinqtonda məsələ bir çoxlarının diqqət mərkəzindədir. 20-dən artıq respublikaçı ştat qubernatoru suriyalı qaçqınlara sığınacaq verilməyəcəyini bəyan edib.

XS
SM
MD
LG