Accessibility links

"Qaçqınların istedadı" müsabiqəsi [Video]


"Qaçqınların istedadı" müsabiqəsi
please wait

No media source currently available

0:00 0:01:29 0:00

"Qaçqınların istedadı" müsabiqəsi

İraqın şimalında Kürdistan regionunda yerləşən Arbat qaçqın düşərgəsində BMT-nin Qaçqınlar üzrə Agentliyi suriyalı qaçqınlar üçün “Qaçqınların istedadı” adlı müsabiqə təşkil edib.

Özlərini B-Boyz adlandıran suriyalı yeniyetmə qaçqınlar bir şeyi sübut etməyə çalışır.

Bu çıxışla biz insanlara göstərmək istəyirik ki, hətta qaçqın olaraq bu düşərgədə həyat davam edir, bizim istedadımız davam edir.
Arzhin Baruda

“Bu çıxışla biz insanlara göstərmək istəyirik ki, hətta qaçqın olaraq bu düşərgədə həyat davam edir, bizim istedadımız davam edir. Və mən çox şadam ki, dostlarımla burada çıxış edə bildim,” deyə Arzhin Baruda bildirir.

Tədbirin təşkilinə yardım edən BMT-nin Qaçqınlar üzrə Agentliyinin nümayəndəsi Marko Rotunno bu yarışmanın uşaqlarda dəyişikliklərə səbəb olduğunu deyir.

“Gördüyümüz ilk dəyişiklik odur ki, uşaqlarda başqa bir əhval var. Yəni onlara deyəndə ki, yarışma olacaq və istəyən iştirak edə bilər, onların gözləri parıldayır və onlar iştirak etmək istəyir,” deyə o bildirib.

Bu yarışma sayəsində qızlar da qanunları dəyişir.

Arbat düşərgəsində suriyalı qaçqınlar
Arbat düşərgəsində suriyalı qaçqınlar

“Bu, mənim həyatımı dəyişdi. Suriyadakı ailəm mənimlə telefonda danışanda məni YouTube-da, Facebook-da gördüklərini dedi və bu məni çox sevindirdi,” deyə Rocabin Əbdüləziz bildirir.

Bir an olsa da, uşaqla evlərindən uzaqda qaçqın düşərgəsində tozun içində oturduqlarını unutmuşdu.

Yarışmanın qalibi isə kobanili qaçqın Mzgin Əhməd oldu.

Şou Hollivud tamaşalarına bənzəməsə də, bir anlıq qaçqınlara problemlərini unutmağa yardım etdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG