Accessibility links

12 min 200 qaçqın Münhendə


Almaniya polisi Avropa İttifaqı ölkələrində sığınacaq almaq istəyən 12 min 200 qaçqının bu gün ölkənin cənubunda Münhen şəhərinə gəldiyini bildirib. Polisin verdiyi məlumata görə, qaçqınların çoxunun geməyə yeri olmadığı üçün onların böyük hissəsi gecəni küçədə keçirməli olacaq.

Rəsmilər şəhərə qaçqın axınının azalmadığını bildirib. Münhen Almaniyaya şərqdən əsas giriş məntəqəsidir.

Şənbə günü Avropanın bir sıra böyük şəhərlərində qaçqın böhranı ilə əlaqədar yürüşlər keçirilib.

Londonun mərkəzində on minlərlə insan hökumətin böhranın ciddiləşməsi ilə bağlı mövqeyinə etiraz edib. İnsan haqları fəalları, siyasətçilər və sənət adamları əsas etibarilə Yaxın Şərqdə silahlı münaqişələrdən qaçan insanlarla həmrəylik bildirmək məqsədilə Parlament meydanına toplaşıb.

Nümayişçilər əllərində "Sərhədləri açın!" yazılmış plakatlar tutub. Britaniyanın Baş naziri Deyvid Kameron keçən həftə gələn beş il ərzində 20 min qaçqını qəbul etməyə razılıq verib. Bu, etirazçıların tələb etdiyi rəqəmdən aşağıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG