Accessibility links

Amerikada qaçqınlar Şükranlıq bayramını qeyd edir [Video]


Amerikada qaçqınlar Şükranlıq bayramını qeyd edir
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Amerikada qaçqınlar Şükranlıq bayramını qeyd edir

Bu həftə amerikalılar Şükranlıq bayramını qeyd edir. Bir yerli qrup isə könüllülər və icma üzvlərini Arlinqtona yeni köçmüş qaçqınları Şükranlıq bayramı üçün bir araya gətirir.

Bu ənənəvi Şükranlıq qonaqlığı deyil. Burada Virciniyanın Arliqnton şəhərinə yeni gəlmiş qaçqınların ailə və dostları bir yerə toplaşıb amerika bayramını qeyd edirlər.

Şükranlıq bayramı
Şükranlıq bayramı

“Mən qaçqınlarla işləməyi sevirəm,” deyə könüllü Kidist Tesfaye bildirir.

Kidist Tesfaye Birləşmiş Ştatlara qaçqınlara iş, məktəb və yaşamaq üçün yer tapmağa yardım edən Efiopiya İnkişaf Şurası adlı qeyri-kommersiya təşkilatının köməkliyi ilə köçüb.

Bu gecə təşkil olunan Şükranlıq şam yeməyi yeni gələnlərə “xoş gəldin” demək məqsədi daşıyır. Bu qaçqınların bəziləri bura ötən bir ay içində gəliblər.

“Proqramın məqsədi onlara sevgi və Amerikanın irəli sürdüyü imkanları bəxş etməkdir. Amerika hər kəs üçündür. Ona görə də biz onlarla bu sevgini paylaşırıq. Şam yeməyi proqramının məqsədi də elə budur,” Tesfaye deyir.

Bu Şükranlıq yeməyində müxtəlif mətbəxlərin yeməkləri yer alır.

“Bu, mənim qeyd etdiyim beş və ya altıncı Şükranlıq bayramıdır,” deyə pakistanlı qaçqın Sadiqəli Haydari bildirir.

Sadiqəli Haydari bura 19 yaşlı qızı ilə birlikdə gəlib.

Çandra isə şri-lankalı qaçqındır.

“Çox gözəldir. Burada mən fəqrli ölkələrdən insanlar və müxtəlif yeməklərlə tanış oluram,” deyə o bildirir.

Bu masalar arxasında siyasi çəkişmələr yer almır. İnsanlar gözəl yemək və gözəl kampaniyadan zövq alır.

“İnsanlar yeməklərini paylaşanda, çox qeyri-adi bir hal baş verir. Bir anda onlar fəqrliliklərindən çox oxşarlıqlarının olduğunu başa düşür,” deyə Efiopiya İnkişaf Şurasının üzvü Sara Zullo bildirir.

Efiopiya İnkişaf Şurasının direktoru deyir ki, proqramın son 30 ildə fəaliyyət göstərməsinə səbəb olan da elə insanların bu fəqrlilikləri qəbul etməsi olub.

“Bizim qaçqınların yerləşdirilmə prosesindəki rolumuz onların icmaya inteqrasiyasını təmin etməkdir. Bunu etməyin ən gözəl yollarından biri də onları Şükranlıq bayramı ilə tanış etməkdir,” deyə şurasının prezident və təsisçisi Teşaye Teferra bildirir.

Birlikdə, gələcəyə ümidlə bu ailələr Amerika ənənəsi olaraq bu gündə bir yerdə çörək kəsirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG