Accessibility links

Qaçqınlar Konvensiyasının ildönümündə azərbaycanlı qaçqınların vəziyyəti necədir?

  • Nərminə Cəlalqızı

Qaçqınlar Konvensiyasının ildönümündə azərbaycanlı qaçqınların vəziyyəti necədir?

Qaçqınlar Konvensiyasının ildönümündə azərbaycanlı qaçqınların vəziyyəti necədir?

“Qaçqınlar və Məcburi Köçkünlər” dövlət komitəsinin “Məskunlaşma, Miqrasiya və Məşğulluq” şöbəsinin müdiri Sənan Hüseynov Azərbaycan hökumətinin konvensiyanın şərtlərinə uyğun qərarlar qəbul etdiyini deyir

ABŞ dövlət katibi Hillari Klinton 1951-ci ildə qəbul olunmuş Qaçqınlar Konvensiyasının 60-cı illiyi münasibətilə çıxış edib. Bu konvensiyanın məqsədi dünyanın hər tərəfində qaçqın və köçkünlərin və köməyə ehtiyacı olan başqa qrupların qorunmasıdır. Birləşmiş Ştatların dövlət katibi bu məqsədlə təşkil edilən tədbirdəki çıxışında Ruvandadakı genosid, Bosniya və başqa yerlərdəki qətliamlar zamanı göstərdikləri şucaət nəticəsində insanların həyatının xilas edilməsində rolu olanların adlarını xüsusilə qeyd edib.

Dünyada ən çox qaçqın və köçkünün olduğu ölkələrdən biri də Azərbaycan-Ermənistan- Qarabağ münaqişəsi nəticəsində bir milyona yaxın insanın didərginin düşdüyü Azərbaycandır. Qaçqınlar Konvensiyasının 60-cı il dönümünün qeyd olunduğu bir zamanda bəs Azərbaycanlı qaçqınların vəziyyəti necədir?

“Qaşqınlar və Məcburi Köçkünlər” dövlət komitəsinin “Məskunlaşma, Miqrasiya və Məşğulluq” şöbəsinin müdiri Sənan Hüseynov Azərbaycan hökumətinin konvensiyanın şərtlərinə uyğun olaraq ölkəsindəki qaçqın və köçkünlərlə bağlı xeyli tədbirlər həyata keçirdiyini bildirdi. Sənan Hüseynov 2007-ci ildə Azərbaycanda qaçqınların vəziyyəti ilə bağlı bölgəyə səfər edən BMT-nin qaçqınlar üzrə ali komisarı cənab Antonio Quttyerasın Azərbaycanın öz qaçqın və köçünlərinə göstədiyi qayğıya görə dünya üçün bir nümunə olduğunu dedi.

Sənan müəllim son dövrlər bu sahədə çox böyük işlərin həyata keçirildiyini, qaçqınlar üçün yeni qəsəbələrin salındığını, 100 minə qədər köçkünün mənzillə təmin edildiyini, qaçqın və məcburi köçkünlərə bir sıra imtiyazlar verildiyini dedi.

Sənan Hüseynov Azərbaycan hökuməti ilə birlikdə BMT və çox sayda xarici qeyri-hökumət təşkilatlarının da qaçqın və məcburi köçkünlərə yardım proqramları həyata keçirdiyini bildirdi. Bütün bunlarla yanaşı cənab Hüseynov hələ də çox sayda qaçqının ehtiyacının təmin edilməli və qarşıda çox işlərin görülməli olduğunu qeyd etdi.

18 il bundan əvvəl Laçından məcburi olaraq köçürülmüş Vasif Abdullayevlə hökumətin qaçqınların rifahının yaxşılaşdırılması barədə söhbət edərkən isə o, öz fikirləri ilə bölüşdü. O, hökumət tərəfindən heç bir diqqət və yardım göstərilmədiyini bildirdi. Vasif Abdullayev yalnız doğma yurdlarına qayıtmalarının təmin edilməsini gözlədiyini dedi.

XS
SM
MD
LG