Accessibility links

Beynəlxalq Əmək Təşkilatı bildirir ki, iş yerlərində gender bərabərliyi problemləri hələ də mövcuddur. Beynəlxalq Qadınlar Günü münasibətilə yayımlanan yeni hesabatda dünya boyu miliyonlarla qadının eyni işə sahib kişi ilə eyni hüquqa malik olmadığı deyilir.

178 ölkədən əldə olunan məlumatlar göstərir ki, hal-hazırda əmək qüvvəsinə cəlb olunan qadınların perspektivləri bir o qədər də parlaq deyil.


Qlobal səviyyəyə diqqət versək, iş yerlərində cinslər arasında bərabərsizlik 1995 və 2015-ci illər arasında 0,6 faiz olub.

Beynəlxalq Əmək Təşkilatının hesabatı göstərir ki, iş yerlərində genderlər arasındakı bərabərsizlik son 20 ildə çox az dəyişib.

Hesabatda qeyd edilir ki, qadınlar arasında son 20 ildə təhsil sahəsində böyük dəyişiklik müşahidə edilib. Lakin bu, onların iş həyatını bir o qədər də yaxşılaşdırmayıb. Məlumatlar göstərir ki, iş bazarında kişi əməkçilərə təlabat qadınlardan daha üstündür.

Təşkilatın tədqiqatlar departamentinin rəhbəri Lavrens Conson deyir ki, keçən il dünyada 1,3 miliyard qadın işə götürülüb. Bu rəqəm kişilər üçün 2 miliyard təşkil edir.

Qadınların əmək bazarında rolu artsa da məvacib bərabərsizliyi qalır.

Qadınların əmək bazarında rolu artsa da məvacib bərabərsizliyi qalır.

“Qlobal səviyyəyə diqqət versək, iş yerlərində cinslər arasında bərabərsizlik 1995 və 2015-ci illər arasında 0,6 faiz olub. Bu, qadınların iş həyatına cəlb olunmalarında irəliləyiş anlamına gəlir.”

Hesabat göstərir ki, ələlxüsus gənc qadınlar kişilərlə müqayisədə daha çox işsizdirlər.

Qadınlar kişilərlə müqayisədə məvacib qarşılığında və ya məvacibsiz daha çox işləyir. Yüksək və aşağı gəlirli ölkələrdə vəziyyət eynidir. Orta hesabla qadınlar kişilərlə nisbətdə ev işlərində iki dəfə yarım çox işləyirlər.

Conson deyir ki, qadınlar daha çox ofis və satış xidmətlərində çalışır. Bu işlər daha az məvacib verən işlər sırasındadır.

Əlimizdə olan təxminlərə görə qadınlar kişilərlə müqayisədə daha az qazanır. Genderlər arasındakı məvacib bərabərsizliyi 23 faizdir.

“Əlimizdə olan təxminlərə görə qadınlar kişilərlə müqayisədə daha az qazanır. Genderlər arasındakı məvacib bərabərsizliyi 23 faizdir. Bu bərabərsizlik getdikçə azalır. Lakin mənim təxminlərimə görə bu bərabərsizlik 70 il sonra aradan qalxacaq.”

Qadınların həm çox işləyib həm də az maaş alması ilə yanaşı sosial və təqaüd hüquqlarında da fərqlər müşahidə olunur. Qadınlar təqaüd yaşına çatan və təqaüd almayan toplumun 65 faizini təşkil edir.

Bu o mənaya gəlir ki, 115 miliyon kişi ilə müqayisə etdikdə 200 miliyon yaşlı qadın sabit gəlirsiz və ya çox az təqaüd almaqla həyat sürür.

XS
SM
MD
LG