Accessibility links

Qadınlara qarşı gender əsaslı zorakılıq və Azərbaycan


Qadınlara qarşı zorakılıq
Qadınlara qarşı zorakılıq

2012-ci ildə qeydə alınan 773 cinayət hadisəsindən 790 qadın zərər çəkib

“Təmiz Dünya” ictimai birliyi noyabrın 26-da “Qadınlara qarşı gender əsaslı zorakılıq və Azərbaycan” mövzusunda dəyirmi masa keçirib.

Birliyin sədri Mehriban Zeynalova rəsmi mənbələrə istinadən 2011-ci ildə ölkədə məişət zorakılığı zəminində 1782 cinayət hadisəsi qeydə alındığını deyib.

Cinayətlərin 74%-i döymə, 20,5%-i qəsdən sağlamlığa az ağır və yüngül xəsarət yetirmə, 1,7%-i adam öldürmə ilə bağlıdır. Cinayətlərin 10%-i əvvəl cinayət törətmiş şəxslər tərəfindən, 10%-i sərxoşluq halında törədilib.

2012-ci ilin ötən müddəti ərzində bu zəmində qeydə alınan 773 cinayət hadisəsindən 790 qadın zərər çəkib. İctimai birlik məişət zorakılığı əsasında 2005-ci ildə 15, 2010-cu ildə 109, 2011-ci ildə 135, 2012-ci ilin ötən müddəti ərzində 38 qadının qətlə yetirildiyini bildirir.

Xanım Zeynalova qadınların zorakılıqlardan qorunması ilə bağlı ciddi mexanizmlərin olmadığını deyib.

“Qadınları məişət zorakılığından müdafiə edəcək sığınacaqlar var. Digər tərəfdən, məişət zorakılığı hallarının artmasına baxmayaraq, cəmiyyət zorakılığa fəal etirazını bildirmir. Qadınlara qarşı məişət zorakılığının artmasına daha bir səbəbi də qadın polislərin azlığıdır. Belə ki, kişi polislər qadınlara qarşı məişət zorakılığı məsələsində həmcinsləri ilə həmrəy olur, bu zorakılığı ciddiyə almır. Qadın polislərin sayının artırılması vacibdir”.

Ağırlaşan sosial durumun da məişət zorakılığına təkan verdiyi qeyd edilib. Çox zaman ailə başçısının hansısa problemi həll edə bilməməsinə görə ailə üzvlərindən, ən çox da xanımlarından acıq çıxmaları vurğulanıb.

Qadınların hakimiyyətdə az sayda təmsil olunmaları ayrı-seçkiliyin, gender bərabərliyi prinsipinin pozulmasının göstəricisi kimi dəyərləndirilib. Qadınların hökumətdə təmsilçiliyinin artırılması lazımdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG