Accessibility links

Qadınlar və ABŞ-da vətəndaş hüquqları hərəkatı


Birləşmiş Ştatlarda vətəndaş hüquqları hərəkatında böyük rol oynayan qadınlar 50 il bundan əvvəl Vaşinqtonda kütlələrin yürüşünü təşkil etməyə kömək ediblər. Lakin 1963-cü ildə avqustun 28-də Linkoln memorialı qarşısında nitq söyləyənlər kişilər olub.

1963-cü ildə avqust ayında Birləşmiş Ştatların hər yerindən insanlar irqi bərabərlik uğrunda paytaxt Vaşinqtonda yürüşdə iştirak edib.

Vaşinqtonun mərkəzi xiyabanına təxminən 250 min insan toplaşmışdı. Bu, Eleonor Holms Norton kimi yürüş təşkilatçılarının əməyi sayəsində mümkün olmuşdu. O, indi ABŞ Konqresinin qadın üzvüdür. 1963-cü ildə Nyu-Yorkda işlədiyi zaman o, Vaşinqtona yürüşün populyarlaşdırılması və iştirakçıların nəqliyyatla təmin olunması ilə məşğul olmuşdu.

Eleonor Holms Norton
Eleonor Holms Norton
Norton yürüşdən əvvəlki gecə son hazırlıqları görmüş səhər isə təyyarə ilə Nyu-Yorkdan Vaşinqtona uçmuşdu. “Hər yerdə böyük qruplarla toplaşmış insanları görmək olurdu. Bu yürüşün müvəffəqiyyətli olacağı tam aydın idi”-deyə o həmin günü xatırlayır.

Vaşinqtona yürüşə gələnlər arasında hazırda Qadınlar NAACP-da vətəndaş hüquqları təşkilatının sədri Telma Daley da var idi. “Biz tez gədiyimiz üçün ön sırada dayanmışdıq. İnsanlar isə gəlir, elə həy gəlirdi. Arxada bu böyük insan dalğasına baxıb belə bir möhtəşəm hadisədə iştirak etdiyimizi dərk edirdik”-deyə o xatırlayır.

Daley yürüş haqda məlumatı Zənci Qadınların Milli Şurasının prezidenti Doroti Haytdan alıb dostları ilə Vaşinqtona gəlmişdi. O, ABŞ-ın demək olar hər yerindən müxtəlif insanların yürüşə qatıldığını xatırlayır. Lakin podiumda çıxış edənlər arasında belə bir müxtəliflik hissi edilmirdi. Bir çoxları Doroti Haytın natiqlər arasında olacağını gözləyirdi. Lakin tutduğu mövqeyə baxmayaraq, onun adı natiqlər arasında deyildi.

Qadınların töhfələri yürüşdə qeyd edilmiş və qara dərili qadınlardan ibarət xor mahnı ifa etmişdi. Lakin buna baxmayaraq, yürüşün təşkilində qadınların böyük rolu olmuşdu, həm qadınlar, həm qızlar tədbirdə geniş iştirak etmişdi.

Rubi Brics 1960-cı ildə Yeni Orleanda ağlarla bərabər məktəbdə təhsil alan ilk qara dərili şagird olub. Tanınmış rəssam Normal Rokvell mühafizəçilərin müşayiətilə əlində dərslik məktəbə gələn qara dərili qızın şəklini bu hadisə ilə əlaqədar olaraq yaratmışdı.

​Rubi Bridcs 2011-ci ildə prezident Obama ilə Ağ Evdə bu məşhir şəklin asıldığı otaqda görüşüb. O deyir ki, şəkildə təsvir edilmiş altı yaşlı qızın irqçilik haqda təsəvvürü yox idi.

Alabama ştatında Birminhem şəhərində kilsədə dörd qızın ölümülə nəticələnmiş yanğın xalqın yaddaşından silinməyən daha bir hadisədir. Vaşinqtonda yürüşdən bir neçə həftə sonra baş vermiş bu qətl hadisəsi ölkə boyu etirazlar və hiddətə səbəb oldu. Bu il həyatını itirmiş dörd qıza ölümündən sonra Konqresin Qızıl medalı verilmişdir.

ABŞ-da adı vətəndaş hüquqları hərəkatının sinoniminə çevrilmiş Roza Parksla bağlı insident də Alabama ştatında geniş etirazlara gətirib çıxarmışdı. Parks 1955-ci ildə ölkənin seqreqasiyaya məruz qalmış cənubunda avtobusda qara dərili sərnişinlər üçün arxada ayrılmış yerə keçməkdən imtina etdiyinə görə həbs edilmişdi. Bundan sonra Montqomeri şəhərinin sakinləri bir il ərzində buna etiraz olaraq aksiyalar keçirmişdi.

Bu il Vaşinqtonda Roza Parksın heykəli ucaldılmışdır. Prezident Obama heykəlin açılış mərasimində iştirak edərək, Roza Parksın fəallığı ilə yanaşı şərəfli və ləyaqətli bir həyat sürdüyünü demişdir: “Adi bir gün, sadə bir hərəkətlə o, Amerikanı və dünyanı dəyişməyə kömək etmişdir.”



Qadınlar və qızların on illər bundan əvvəl ABŞ-da vətəndaş hüquqları uğrunda gördüyü işlər bu gün Vaşinqton yürüşünün 50 illiyi qeyd edilən zaman anılır.
XS
SM
MD
LG