Accessibility links

AXCP fəalı həbs edilib


Qadir Xudabaxşıyev (Foto Qadir Xudabaxşıyevin Facebook səhifəsindən götürülüb)

Qadir Xudabaxşıyev (Foto Qadir Xudabaxşıyevin Facebook səhifəsindən götürülüb)

Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) Mingəçevir şəhər şöbəsinin keçmiş sədri Qadir Xudabaxşıyev həbs edilib.

Mingəçevir şəhər Polis Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, fevralın 11-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə əməliyyatı nəticəsində şəhərin Yeni Həyat qəsəbəsindəki 103 saylı evdə yaşayan Ağdam rayonundan olan məcburi köçkün Qadir Xudabaxşıyev kafedə şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan “TT” markalı tapança və güllə sandıqçası açşkar edilib.

AXCP bu həbsi ölkədəki siyasi repressiyanın tərkib hissəsi hesab edir.

“Qadir Xudabaxşıyev AXCP-nin Mingəçevir təşkilatının fəallarından biridir. Çox vaxt partiya funksionerləri narkotika ilə şərlənir, Qadir Xudabaxşıyev isə görünür, müharibə veteranı olduğu üçün silah "yaraşdırıblar". O, xeyli müddət idi ki, siyasi fəallığına görə hədəfdəydi. Dəfələrlə şəhər polisinə aparılaraq xəbərdarlıq edilib. Partiya əmindir ki, ondan silahı başqalarından narkotik çıxardıqları kimi çıxarıblar, yəni şərləyiblər”.

AXCP xatırladır ki, partiyaya qarşı son bir neçə ayda təzyiqlər artan xətt üzrə inkişaf edir.

“Yalnız son 3 ayda 5 nəfər partiya fəalına qarşı qondarma cinayət işləri başlanıb, daha 5 nəfər partiya fəalı isə şərlənərək 30 sutka inzibati həbs cəzadı alıb”.

XS
SM
MD
LG