Accessibility links

Bütün Misir boyu on minlərlə adam küçələrdə Hüsni Mübarəkin getməsini tələb edir


Bütün Misir boyu on minlərlə adam küçələrdə Hüsni Mübarəkin getməsini tələb edir
Bütün Misir boyu on minlərlə adam küçələrdə Hüsni Mübarəkin getməsini tələb edir

Qahirənin mərkəzi küçələri prezident Hüsni Mübarəkin istefasını tələb edən on minlərlə adamla dolub. İzdihamın toplaşdığı Təhrir meydanı üzərindən qırıcı təyyarələr şığıdıqca yerdə insanlar "Çix get! Çix get!" deyə qışqırırlar. Bazar günü namazının ardınca küçələrdə insanların sayı xeyli çoxalıb.

Qadağan edilmiş Müsəlman Qardaşlığı partiyasının 34 üzvü nümayişçilər məhbəs keşikçilərinə güc gəldikdən sonra azadlığa çıxıblar. Partiyanın sözçüsü bu haqda açıqlama verib. Qardaşlığın üzvləri dünən bütün Misir boyu azad olunan minlərlə məhbuslar sırasındadır.

Nümayişçilər Misrin mərkəzi meydanlarına toplaşaraq bir daha Hüsni Mübarəkin istefa verməsini tələb ediblər. Küçələrdə çox sayda hərbi qüvvə və texnika cəmləşib. Lakin hərbçilər nümayişlərə müdaxilə etmirlər.

Deyilənlərə görə altı gün əvvəl nümayişlər başlayandan indiyə qədər azı 100 adam həlak olub 1000 adam xəsarət alıb. Şənbə günü Qahirədə Daxili İşlər Nazirliyinin yaxınlığında 3 nümayişçi polisin açtığı ateş nəticəsində həlak olub. Prezident Hüsnü Mübarəkin cümə günkü çıxışının əhalinin daha da qəzəblənməsinə səbəb olduğu qeyd edilir.

Minlərlə adam kommendant saatına məhəl qoymayaraq prezident Hüsni Mübarəkin istefasını tələb edir. Hökumət qadağan saatının axşamüstü saat 4-dən sonra qüvvəyə minəcəyini bildirmişdi. Lakin insanlar küçələrdən çəkilməkdən imtina edirlər.

Hüsni Mübarək yeni yaratdığı vitse-prezident postuna kəşfiyyat naziri Ömər Süleymanı təyin edib. O, həmçinin aviasiya naziri Əhməd Şafiqi baş nazir təyin edərək ona yeni kabinet təşkil etməyi tapşırıb.

Misir dövlət televiziyası Əl-Cəzirə telekanalının Qahirə bürosunun bağlanmasına göstəriş verildiyi haqda məlumat yayımlayıb. Əl-Cəzirə rəhbərliyi bu addımı söz azadlığını boğmaq cəhdi kimi dəyərləndirib.

XS
SM
MD
LG