Accessibility links

Misir şəhərlərində yüzlərlə xristian etiraz nümayişləri keçirib


Misir şəhərlərində yüzlərlə xristian etiraz nümayişləri keçirib

Misir şəhərlərində yüzlərlə xristian etiraz nümayişləri keçirib

Misir paytaxtı Qahirədə yüzlərlə xristian hökumətin onları qoruya bilmədiyinə etiraz olaraq nümayiş keçirib. Nümayişçilər hökumət nazirinin maşınını daşa basıb və Qahirənin Müqəddəs Mark kilsəsi qarşısında polislərlə toqquşma olub. Etiraz aksiyaları şimaldakı İskəndəriyyə şəhərində də keçirilib. Yeni il günü bu şəhərdə yerləşən kilsədə baş verən partlayış 21 adamın həyatına son qoyub, onlarla adam yaralanıb.

Misir təhlükəsizlik xidmətinin rəsmiləri hücuma görə Əl-Qaidədən ilham almış yerl şiə militantları qınayıb. Rəsmilər hazırda İskəndəriyyədə qərargahlanan "Sələfi SünnЦ Müsəlmanları" adlı radikal qrup üzərində təhqiqat aparır.

XS
SM
MD
LG