Accessibility links

Misirdə "Müsəlman Qardaşları"nın fəallarına qarşı təzyiqlər artıb [Yenilənib]


Misirdə ordunun dəstəklədiyi müvəqqəti hökumət Müsalman Qardaşlarını terrorçu təşkilat elan edəndən sonra qrupa qarşı təzyiqləri artırıb.

Dövlət mediasının məlumatına görə, hüquq-müdafiəçiləri Nil deltasındakı Şəkriyə vilayətində qrupun ideologiyasının yayan, insanlara vərəqələr paylayan və ordu, polisə qarşı zorakılıqları təbliğ edən 16 fəalı həbs edib.

Bugün habelə Misir paytaxtı Qahirədə ictimai avtobusda partlayış nəticəsində 4 nəfər yaralanıb.

Misir rəsmiləri deyir ki, bugünkü partlayışa nəyin səbəb olduğu hələlik bəlli deyil, ancaq ehtimallara görə, avtobusun keçdiyi yolun üzərinə partlayıcılar yerləşdirilib.
--------------------------------------------------------------------------
İki gün öncə Nil Deltasındakı Mənsur şəhərində Baş Polis İdarəsinə bomba hücumundan sonra 15 nəfər həlak olmuşdu. Sinay yarımadasında qərargahlanan mühafizəkar islamçı qrup hücumun məsuliyyətini öz üzərinə götürmüşdü.

Asar Beyt Əl-Maqdis qrupu bildirib ki, avtomobillə həyata keçirilmiş intiarçı hücumu hökumətin ölkədə islamçılara qarşı yürütdüyü siyasətə cavabdır.

Bu arada biu həftə hökumət tərəfindən terrorçu təşkilat elan olunan Müsəlman Qardaşları hücumu pisləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG