Accessibility links

Qahirənin Təhrir meydanına minlərlə insan toplaşıb

  • Amerikanın səsi

Qahirənin Təhrir meydanına minlərlə insan toplaşıb

Qahirənin Təhrir meydanına minlərlə insan toplaşıb

Bu gün Qahirənin Təhrir meydanına minlərlə insan toplaşaraq, vəd edilən islahatların həyata keçirilməsini tələb edib. Nümayişçilər hazırda ölkəni idarə edən ordunu sabiq prezident Hüsnü Mübarəkə sadiq kabinet üzvlərinin vəzifələrindən kənarlaşdırılmasına çağırıb. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək hər cümə nümayiş keçirəcəklərinə vəd verib. Misirdə 30 illik fövqəladə vəziyyət ləğv ediləcək. Lakin bunun nə zaman baş verəcəyi bəlli deyil. Misir rəsmiləri yanvar ayında baş qaldıran iğtişaşlardan sonra bağlanan səhm birjalarının açılışı məsələsini bazar günü müzakirə etməlidir.

XS
SM
MD
LG