Accessibility links

İtaliya kruiz gəmi şirkəti təhlükəsizliklə bağlı islahatlar aparıb


Bir il əvvəl kruiz gəmisi qəzaya uğramiş İtaliya kruiz şirkəti bu gün Venesiyada yeni təhlükəsizlik sistemli,dəbdəbəli kruiz gəmisi istifadəyə verib. Costa Crociere şirkətinin 670 milyon dollar dəyəri olan yeni Costa Fascinosa gəmisi İtaliya bayrağı daşıyan yeganə ən nəhəng kruiz gəmisidir.

114000 tondan çox çəkisi olan kruiz gəmi Costa Concordia kruiz gəmisi Tuskan adası yaxınlığında 32 nəfərin ölümü ilə nəticələnən qəzaya uğradıqdan dörd ay sonra suya buraxılıb. 4200 sərnişin və ekipaj üzvü daşıyan Costa Concordia gəmisi kapitan gəminin səmtini planlaşdırdığı yoldan dəyişdikdən sonra qayalara çırpılaraq suya qərq olmuşdu.

Kruiz şirkəti bir neçə yeni təhlükəsizlik tədbirləri təqdim edib. Sərnişinlər üçün fövqəladə vəziyyətə dair təlimlər və şirkətin bütün gəmilərinin gedəcəyi yollara nəzarət edəcək əsl vaxt nəzarət sistemi kimi yeni prosedurlar tətbiq edilib. .

XS
SM
MD
LG