Accessibility links

Qənirə Paşayeva: İranda hər bir hadisəyə reaksiya yalan və böhtan kampaniyası ilə müşayiət edilir


Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevə “Amerikanın səsi”nə müsahibəsi zamanı İran Azərbaycanında baş verən zəlzələnin insanlara təsirindən danışıb.

O bildirib ki, İranda baş verən hər bir hadisəyə reaksiyası, o cümlədən günahsız həbs olunan şairlər, yaxud Urmiya gölü, İranın Azərbaycana qarşı gördüyü işlərlə bağlı söylədiyi fikirlər, zəlzələdən sonra ziyan çəkənlərə yardım kampaniyalarına dəstək göstərilməsi çağırışları İranın bəzi qüvvələri tərəfindən həmişə yalan və böhtan kampaniyası ilə müşayiət edilib.

Millət vəkili deyib ki, yardım kampaniyalarına dəstək göstərilməsi ilə bağlı çağırışlar İran tərəfdən mənfi qarşılanıb.

Qənirə Paşayeva bütün İranın ərazisində deyil, sadəcə Şərqi Azərbaycan vilayətində matəm elan olunması ilə bağlı üzüntüsünü dilə gətirib. O deyib ki, kaş ki, Türkiyənin yardımlarından imtina olunmayaydı. Çünki Azərbaycan və Türkiyə xarici ölkə deyil, İranın daxilində yaşayan və bu ölkə əhalisinin yarısını təşkil edən bir millətin qardaşıdır.

Qənirə xanım bildirib ki, Azərbaycan və Türkiyənin yardımı qardaş yardımı idi. Millət vəkili İranın Azərbaycandan humanitar yardım daşıyan maşın karvanının yardım səylərinə mane olduğuna dair dediklərini “absurd” adlandırıb.


please wait

No media source currently available

0:00 0:13:23 0:00
Direct link

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG