Accessibility links

Cəmil Həsənli: Bakı hərbi əməliyyatı - Macarıstan və Çexoslovakiyada SSRİ-nin işğalçılıq siyasətinin davamı


20 Yanvar faciəsindən 25 il keçir
20 Yanvar faciəsindən 25 il keçir

Bu il 1990-cı il yanvar hadisələrinin baş verməsindən 25 il keçir. Bu müddət hadisənin tarixləşməsi üçün kifayət qədər böyük müddətdir. Azərbaycan müstəqillik tarixi salnaməsindən məhz 20 yanvar Azərbaycan xalqının yaddaşına oturub və hər il heç bir xüsusi hazırlıq olmadan milyonlarla azərbaycanlı Şəhidlər Xiyabanını ziyarət edir.

Tarixçi alim Cəmil Həsənli 25 illik zaman fasiləsindən o dövrün hadisələrinə ekskurs edib. Onun yazısını oxuculara təqdim edirik:

Ötən əsrin 80-ci illərində Sovet cəmiyyəti böhran həddinə gəlib çıxmışdı. Bir-birinin ardınca dəfn olunan baş katiblər, əslində 70 il ərzində özünü doğrultmayan SSRİ-nin dəfninə cəmiyyəti hazırlayırdı. Siyasi sistemin yararsızlığı,

20 Yanvar faciəsindən 25 il keçir
20 Yanvar faciəsindən 25 il keçir

iqtisadı həyatın səmərəsizliyi göz qabağında idi. İnzibati idarəçilik formalarının

amirlik metodlarına söykənməsi artıq özünü doğrultmurdu. İdeoloji dayaqlar çürümüş, kommunizm haqqında nəzəri müddəalar ironiya mənbəyinə çevrilmişdi. Belə bir şəraitdə Qorbaçov reformaları ideya olaraq cəlbedici görünsə də, praktiki baxımdan uğursuzluğa məhkum idi. Çünki planlaşdırılan reformaların iqtisadı təminatı yox dərəcəsində idi, siyasi təminatı isə dayanıqlı deyildi. Marksizm-leninizm təlimi meydana çıxan suallara inandırıcı cavab verə bilmirdi. Mixail Qorbaçov yeni ideoloji yanaşma axtarışına çıxsa da, bu heç də həmişə uğurlu nəticələr vermirdi. Dünya sosializm sistemini bürümüş böhrana Sovet milli respublikalarında dərinləşən milli, sosial və iqtisadi çətinliklər əlavə olunurdu.

Qorbaçov reformalarının milli respublikalarda işlək mexanizmi yox idi

Qorbaçov reformalarının milli respublikalarda işlək mexanizmi yox idi. Real iqtisadi göstəricilər elan olunan rəsmi rəqəmlərdən çox fərqli idi. Rəqəmlərin şişirdilməsi adi hal almışdı. Rəqəmlər şişirdildikcə sosial-iqtisadi həyat, əhalinin yaşayış səviyyəsi aşağı düşürdü. Böhran dərinləşdikcə partiya nomenklaturası real həyatdan daha çox ayrılıb kabinet həyatına üstünlük verirdi. Real həyatda cavabı tapılmayan sualların sayı çoxalır, dairəsi genişlənirdi. Yerli partiya təşkilatları onların rahatlığını pozan yuxarıdan başlanan islahatların nəticə verəcəyinə inanmırdılar. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1987-ci ilin yanvar ayında keçirilən plenumunda “aşkarlıq və demokratiya xəttinin” qəbul edilməsi mühafizəkarlarla islahatçılar arasında balansı ikincilərin xeyrinə dəyişdi.[1] Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş məsul

20 Yanvar faciəsindən 25 il keçir
20 Yanvar faciəsindən 25 il keçir

əməkdaşı, Rusiyanın Azərbaycandakı hazırkı səfiri Vladimir Doroxin haqlı olaraq yazır ki, “Sovet iqtisadiyyatının səmərəsiz olması əlaməti özünü daha çox büruzə verdi. M.Qorbaçovun sürətlənmə üzrə təklif etdiyi tədbirlər işləmirdi. Ərzaq və çoxişlənən malların çatışmazlığı dözülməz həddə çatırdı. Sosial gərginlik artırdı”. [2] Lakin ən maraqlısı ondan ibarətdir ki, mərkəzdən fərqli olaraq yerlərdə islahatçıların sosial bazası yox idi. Pribaltika respublikaları istisna olmaqla milli respublikalar öz təbiətinə görə mühafizəkar məzmuna malik idilər. Onlar bəzən aşkarlığı nəbz yoxlaması kimi dəyərləndirir, demokratiyanı dövlət təhlükəsizliyi orqanlarının yerli idarəçilərin ağzını araması kimi başa düşür və bütün vasitələrlə gedən proseslərdən ehtiyatlanırdılar. Azərbaycan KQB-nin keçmiş sədri Vaqif Hüseynov 2013-cü ildə Moskvada nəşr olunmuş xatirələrində etiraf edir ki, “Azərbaycanın siyasi rəhbərliyi Qorbaçov kursunun qısamüddətli xarakter daşıdığından əmin olmuşdu.[3]

Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında vilayət sovetinin qərarı Azərbaycanda hadisələrin dramatik mərhələyə keçməsi ilə nəticələndi.

Baş verən proseslər Azərbaycan üçün də gözlənilməz idi. 1987-ci ilin oktyabr plenumunda uzun müddət (1969-1982-ci illərdə) respublika partiya təşkilatına rəhbərlik etmiş SSRİ Nazirlər Sovetinin birinci müavini (1982-1987-ci illər) Heydər Əliyevin vəzifədən və Siyasi Büro üzvlüyündən azad edilməsi Azərbaycanda yerli rəhbərliyin dəyişməsini qaçılmaz edirdi. Belə də oldu. Uzun müddət Azərbaycandan kənarda diplomatik işlərdə çalışan keçmiş komsomol kadrı Əbdürrəhman Vəzirov 1988-ci ilin may ayında respublika partiya təşkilatının birinci katibi “seçildi”. Azərbaycanda dəyişikliklərə start verildi. Lakin bu dəyişikliklər Əiyev kadrlarının vurulmasından, vəzifələrdən uzaqlaşdırılmasından uzağa getmədi.[4] Cəmiyyət həyatının ən müxtəlif sahələrində yığılıb qalmış çoxlu problemlərə regionu bürümüş milli münaqişələr də əlavə olunmağa başladı. SSRİ-də təxminən 20-yə qədər münaqişəli ərazilər var idi. Bunlardan ən üzdə olanı Dağlıq Qarabağ ətrafında başlanmış müzakirələr idi.[5] 1988-ci ilin fevralında Dağlıq Qarabağ muxtar vilayətində separatçı meyllərin açıq müstəviyə keçməsi və xüsusilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında vilayət sovetinin qərarı Azərbaycanda hadisələrin dramatik mərhələyə keçməsi ilə

20 Yanvar faciəsindən 25 il keçir
20 Yanvar faciəsindən 25 il keçir

nəticələndi.[6] Fevral ayının 21-də Siyasi Büro Dağlıq Qarqabağda başlanmış separatçı çıxışları müzakirə edərək belə qərara gəldi ki, indi prinsipcə ümumiyyətlə, xüsusən hazırki halda heç bir ərazi dəyişikliyinə yol vermək olmaz. [7] Stepanakertdəki (Xankəndi) hadisələri qiymətləndrərkən Qorbaçov Siyasi Büronun iclasında etiraf edirdi ki, “təkanlar Ermənistandan gəlir ”.[8] Lakin bu “təkanlar”ın qarşısını almaq üçün praktiki olaraq heç bir iş görülmür, hətta Moskva tərəfindən ermənilərin separatçı tələbləri bəzən “aşkarlıq və plüralizm şousu”nda himayə edilirdi. Bunu hadisələrin ilk başlanğıcında Əfqanıstan məsələsinin tənzimlənməsi, Dağlıq Qarabağda vəziyyət və digər məsələlərlə bağlı kütləvi informasiya vasitələri rəhbərləri ilə Sov.İKP MK-da keçirilən görüşdə yenidənqurmanın baş ideoloqu

Qarabağda baş verən hadisələri Qorbaçov Heydər Əliyevin üzərinə yönəltmək istəyirdi.

sayılan Aleksandr Yakovlev açıq şəkildə ifadə edirdi.[9] Qarabağda baş verən hadisələri Qorbaçov Heydər Əliyevin üzərinə yönəltmək istəyirdi və Siyasi Büronun iclasında qeyd edirdi ki, “tez-tez Əliyevin soyadı bu hallarda hallanır, onun Qarabağda səsləndirdiyi Qarabağın Azərbaycanın olduğu və həmişə belə olacağı haqqında bəyanatı təkrarlanır”.[10] Həmin ilin fevral ayının 28-də sovet xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Sumqayıt hadisələrinin baş verməsi, “gənclik” şəhərində 26 erməni və 6 azərbaycanlının qətlə yetirilməsi milli qarşıdurmaları barışmaz müstəviyə yönəldirdi.[11] Çox təəssüf ki, Sumqayıt hadisələri başlanana qədər yox, məhz faciə baş verdikdən sonra Siyasi Büro qərara gəldi ki, “orada “hakimiyyətin əlini” göstərmək lazımdır”.[12] Sov. İKP MK Siyasi Bürosunun hadisələrdən dərhal sonra, fevral ayının 29-da keçirilmiş iclasının materiallarından aydın olur ki, mərkəz istər Azərbaycanda, istərsə də Ermənistanda baş verən hadisələrdən xəbərdardır. Həmin iclasda qarşıdurmanın gərginləşməsini Qorbaçov belə izah edir: “Azərbaycanlılar onlara divan tutulacağından qorxaraq və Ermənistanda onlara göz verib işıq vermədiklərini bəyan edərək, qaçmağa (Ermənistandan – C.H.)

1988-ci ilin payızında Ermənistanın yalnız Quqark rayonunda 70 azərbaycanlı dinc vətəndaş qətlə yetirilmişdi. Silahlı dəstələrin hücumlarından canlarını qurtarmaq üçün azərbayanlı əhali tez-tez Ermənistan-Türkiyə sərhədlərinə sığınmalı olurdular.

başladılar. Məhz bu, təkan oldu”.[13] 1988-ci ilin payızında Ermənistanın yalnız Quqark rayonunda 70 azərbaycanlı dinc vətəndaş qətlə yetirilmişdi. Silahlı dəstələrin hücumlarından canlarını qurtarmaq üçün azərbayanlı əhali tez-tez Ermənistan-Türkiyə sərhədlərinə sığınmalı olurdular. Qorbaçovun 1988-ci ilin fevral ayının 23-də hər iki xalqa müraciəti, Sov.İKP MK-nın Dağlıq Qarabağda sosial-iqtisadi inkişafı sürətləndirmək haqqında 24 mart tarixli qərarı, SSRİ Ali Soveti Rəyasət Heyətinin Dağlıq Qarabağ hadisələri ilə bağlı hər iki respublikaya 23 mart tarixli müraciəti, mövcud ixtilafı hər iki xalqın xeyrinə həll etmək barədə 18 iyul tarixli qərarın vəziyyətin sabitləşməsinə ciddi təsiri olmadı.[14]

1988-ci ilin mayın 18-də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi tələbi ilə Bakının baş meydanında mitinqlərə start verildi. Həmin ilin payızında Ermənistan SSR-dən qovulmuş azərbaycanlı qaçqınlara Dağlıq Qarabağ muxtar vilayət ərazisindən qovulmuş azərbaycanlı qaçqınlar da əlavə olundu. Qaçqın dalğası altında respublikanı xaos bürüdü. Məhz, ərazi bütövlüyü uğrunda mübarizə fonunda genişlənən xalq hərəkatının gedişində SSRİ tərkibində suverenliyə nail olmaq ideyası ətrafında Xalq Cəbhəsinın yaradılmasına təşəbbüs edildi. Bu məqsədlə yaradılmış təşəbbüs qrupu 1988-ci ilin 17 noyabrından – 5 dekabrına qədər keçirilən 18 günlük fasiləsiz mitinqlərdə Xalq

Noyabr ayının 24-də Bakı şəhərində fövqəladə vəziyyət elan olundu və “milli və irqi ayrıseçkiliyi” qızışdıranlara qarşı mübarizə adı altında 344 cinayət işi qaldırıldı, 1300 nəfər şəxs isə inzibati qaydada cəzalandırıldı

Cəbhəsinin proqram layihəsini əhali arasında yaydılar. Həmin ilin noyabr ayının 24-də Bakı şəhərində fövqəladə vəziyyət elan olundu və “milli və irqi ayrıseçkiliyi” qızışdıranlara qarşı mübarizə adı altında 344 cinayət işi qaldırıldı, 1300 nəfər şəxs isə inzibati qaydada cəzalandırıldı.[15]Fövqəladə vəziyyətdən istifadə edərək Dağlıq Qarabağı Azərbaycanın nəzarətindən çıxarmaq üçün Moskva daha bir addım atdı,1989-cu ilin yanvar ayının 12-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar verdi. Arkadi Volski birbaşa Moskvaya tabe olan müvəqqəti yaradılmış Xüsusi İdarə Komitəsinin sədri təyin edildi və konstitusiya üzrə vilayətin Azərbaycana və yerli hakimiyyət orqanlarına aid olan idarəçilik funksiyaları ona verildi.[16] Əslində belə bir təkliflə hələ bir il əvvəl Sov.İKP MK katibi A.Yakovlev M. Qorbaçova müraciət etmişdi. O, 1988-ci ilin yanvarında baş katibə yazırdı ki, “Dağlıq Qarabağın vilayət

20 Yanvar-Ümumxalq Hüzn Günü
20 Yanvar-Ümumxalq Hüzn Günü

idarəetmə orqanlarının fəaliyyəti vilayətin müvəqqəti olaraq ölkənin mərkəzi orqanlarının bilavasitə nəzarəti altına keçməsinə şərait yaradacaq”. Bunun ardınca Yakovlev təklif edirdi ki, “gələcəkdə bu iş vilayətin muxtar respublikaya çevrilməsinə aparıb çıxara bilər”. Onun fikrincə, “bu yanaşma... heç bir tərəfin etirazına səbəb olmamalıdır – Azərbaycanlılar ərazi-inzibati status-kvonu qoruyub saxlayacaqlar.[17] Ermənilər üçün bilavasitə mərkəzin nəzarəti altında olan idarəetmə orqanlarının fəaliyyəti faktı olacaq”. Hadisələrin sonrakı gedişində 1989-cu ilin iyul ayının 16-da yarım-leqal şəraitdə

1989-cu ilin iyul ayının 16-da yarım-leqal şəraitdə Xalq Cəbhəsinin təsis konfransı keçirildi.

Xalq Cəbhəsinin təsis konfransı keçirildi və respublika nazirlər soveti həmin ilin oktyabr ayının 5-də xalq kütlələrinin təzyiqi altında Xalq Cəbhəsini qeydiyyata almağa məcbur oldu. Artıq 1989-cu ilin yayından başlayaraq vəziyyətə nəzarət kommunist partiyasından tədricən Xalq Cəbhəsinə keçirdi. Bu rəsmi qeydiyyatdan bir neçə həftə əvvəl məhz, Xalq Cəbhəsinin təşəbbüsü ilə Azərbaycan Ali Soveti 1989-cu ilin sentyabr ayının 23-də növbədənkənar sessiya çağırıb “Azərbaycan SSR-nin suverenliyi haqqında” Konstitusiya qanununu qəbul etdi. Sənəddə respublikanın SSRİ tərkibindən çıxmasının reqlamentini müəyyənləşdirən bəndlər salınmışdı.[18] Bakıda qəbul edilmiş suverenlik qanunu SSRİ-də bu tipli ilk qanun idi və onun qəbul olunması istər Sovet respublikalarında, istərsə də dünyada çox böyük marağa səbəb oldu. Bu qanun Azərbaycan milli hərəkatının beynəlxalq

20 Yanvar faciəsindən 25 il keçir
20 Yanvar faciəsindən 25 il keçir

nüfuzunu xeyli artırdı. Sentyabr ayından başlayaraq ölkəni tətillər dalğası bürüdü vəbundan sonra etiraz aksiyaları yüksələn xətlə getməyə başladı. Gündən-günə genişlənən xalq hərəkatının təzyiqi ilə 1989-cu ilin noyabr ayının 28-də SSRİ Ali Soveti Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsini ləğv etməli oldu. Elə həmin qərarla muxtar vilayətin idarəsi SSRİ Ali Soveti xüsusi komissiyasının nəzarəti altında Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı.[19] Bundan 3 gün sonra dekabr ayının 1-də Ermənistan Ali Sovetinin “Dağlıq Qarabağın Ermənistan SSR-yə birəşdirilməsi haqqında” qərar qəbul etməsi Azərbaycanda vəziyyəti Sovet orqanlarının nəzarətindən çıxardı.[20] Ermənistan Ali Sovetinin bu qərarı ilə bağlı Azərbaycan kompartiyasının birinci katibi Vəzirov Qorbaçova zəng etdikdə Mixail Sergeyeviç cavab verdi ki, “onlar birtərəfli qaydada birləşdirdilər, biz birtərəfli qaydada

“Onlar Sovet Ordusunun hissələrindən istifadə edir, Mixail Sergeyeviç, buna dərhal son qoyulmalıdır! İnanın, Azərbaycan Qarabağı itirərsə, siz ölkəni itirəcəksiniz!”. Qorbaçov əsəbləşərək deyir: “Məni hədələmə! "

ayırırıq”. Vəzirov cavab verdi ki, “Onlar Sovet Ordusunun hissələrindən istifadə edir, Mixail Sergeyeviç, buna dərhal son qoyulmalıdır! İnanın, Azərbaycan Qarabağı itirərsə, siz ölkəni itirəcəksiniz!”. Qorbaçov əsəbləşərək deyir: “Məni hədələmə! Özündən çıxıb! Ölkəni itirəcəm... Bəlkə Stalindən başqa, rəhbərlərdən heç biri mənim qədər xalqın dəstəyini almayıb”. [21] 1989-ilin dekabr ayının 27-də respublikanın cənub rayonlarından birində (Cəlilabad rayonu) kommunist partiyasının rayon təşkilatının və payon milisinin binaları dağıdıldı, Sovet orqanlarının fəaliyyəti dayandırıldı. İki gün sonra rayonda “Xalq hökuməti” adlanıdılan hakimiyyət fəaliyyətə başladı. Az sonra analoji hadisə Lənkəran və digər qonşu rayonlarda da baş verdi. Dekabr ayının 31-i axşamı isə Araz çayı boyunca 137 km. Bir məsafədə SSRİ-nin İranla Azərbaycandan keçən sərhəd qurğuları dağıdıldı. Arazın hər iki sahilində yaşayan azərbaycanılar çayı keçərək görüşdülər. Maraqlıdır ki, tam heyətdə xidməti yerində olan sərhəd qoşunları baş vermiş hadisəyə biganə qaldılar və Azərbaycan SSR tərəfindən İranla sərhəd xəttinin dağıdılmasına müdaxilə etmədilər. Yalnız bundan sonra Moskva anladı ki, müttəfiq respublikalardan birinin SSRİ-dən çıxmaq təhlükəsi yaranıb və baş vermiş hadisələr özünün dramatik mərhələsinə daxil olub. İndi artıq heç kimdə şübhə doğurmurdu ki, 1990-cı ilin martında keçirilməsi planlaşdırılan Azərbaycan SSR Ali Sovetinə seçkilər Xalq Cəbhəsinin qələbəsi ilə nəticələnəcək.

Yeni il bayramları olmasına baxmayaraq Sov.İKP MK katibliyi təcili olaraq toplanıb Azərbaycandakı vəziyyəti müzakirə etdi.

Yeni il bayramları olmasına baxmayaraq Sov.İKP MK katibliyi təcili olaraq toplanıb Azərbaycandakı vəziyyəti müzakirə etdi. Katibliyin qərarında göstərilirdi: “Azərbaycan SSR-nin sərhəd rayonlarında vəziyyətin gərginləşməsi ilə əlaqədar respublikanın partiya, şura və hüquq-mühafizə orqanlarına təcrübi kömək göstərmək üçün cənab Girenko A.N. – Sov.İKP MK katibi, cənab Nişanov R.N. – SSRİ Ali Şurasının Millətlər Şurasının sədri, cənab Pirojkov V.P. (SSRİ KQB), Lisauskas S.Q. (SSRİ DİN), Kleymenov A.N. (SSRİ Müdafiə Nazirliyi), Abramov İ.P. (SSRİ Prokurorluğu) göndərilsin. Azərbaycan SSRİ-də yaranmış vəziyyətin təhlili əsasında işin mahiyyətindən asılı olaraq, Sov.İKP MK-yə, SSRİ Ali Sovetinin Rəyasət Heyətinə və SSRİ Nazirlər Sovetinə təkliflər irəli sürülsün”. [22] Bu zaman Moskvadan yeni dönən birinci katib artıq proseslərə nəzarətlə yanaşı, Kremlidən olan dəstəyini də itirmişdi. “Moskvaya növbəti səfərindən sonra o, Qorbaçovla söhbətdən ənənəvi sitatlarla qayıtmadı. Aydın oldu: Moskva keçmiş diplomatı və sovet komsomolunun sevimlisindən məyus olub”. [23]

O, qeyd etdi ki, “DQMV – ölkədə milli hissləri dağıdan detonatordur. Hadisələr nəzarətdən çıxa bilər”. Müşavirədə çıxış edən Vəzirov məsələnin belə qoyuluşu ilə razılaşmadı. O, əsas hücumu Heydər Əliyev tərəfdarlarının üzərinə yönəltdi.

Sov.İKP MK katibi Andrey Girenko Bakıya gələn kimi yanvar ayının 6-da respublika partiya təşkilatında müşavirə keçirdi və Moskvanın mövqeyini açıqladı. O, qeyd etdi ki, “DQMV – ölkədə milli hissləri dağıdan detonatordur. Hadisələr nəzarətdən çıxa bilər”. Müşavirədə çıxış edən Vəzirov məsələnin belə qoyuluşu ilə razılaşmadı. O, əsas hücumu Heydər Əliyev tərəfdarlarının üzərinə yönəltdi və dedi: “Gözlərimiz önündə yenidənqurma əleyhinə olan qüvvələr çəkişir. Bu şəraitdə emosiyalara uymaq olmaz. Ən önəmlisi heç bir panika, panik əhval-ruhiyyə olmamalıdır”. [24] Bir sıra MK üzvləri yaranmış vəziyyətlə bağlı mərkəzin siyasətini kəskin şəkildə tənqid etdilər. Çıxışlarda qeyd olundu ki, “Azərbaycan sərvət anbarı, ölkənin yeganə yardıma ehtiyacı olmayan respublikasıdır, amma digər respublikalardan daha pis vəziyyətdə yaşayır”, “Azərbaycan xalqı milli yalnızlıq hiss edir”, “Ölkə DQMV haqqında həqiqətləri bilmir”, “Berlin divarını yıxdılar – yaxşı, divar kimi bir xalqı ikiyə bölən tel çəpəri dağıtdılar – pis”, “Respublika uçuruma yuvarlanır, rəhbərliyi isə aparat oyunları oynayır” və s. [25]Azərbaycan KP MK katibi Həsən Həsənov öz çıxışında dedi ki,

Azərbaycan KP MK katibi Həsən Həsənov öz çıxışında dedi ki, “Monqolustan müəssisələrində ərazi bütövlüyü şüarı ilə keçirilən tətilləri ədalətli adlandırırıq. Azərbaycan müəssisələrində buna bənzər tətillər yenidənqurma əleyhdarlarının əməlləri”.

“Monqolustan müəssisələrində ərazi bütövlüyü şüarı ilə keçirilən tətilləri ədalətli adlandırırıq. Azərbaycan müəssisələrində buna bənzər tətillər yenidənqurma əleyhdarlarının əməlləri”. O, respublika yüksək rəhbərliyini və Moskvanı kəskin şəkildə tənqid edərək bildirdi ki, Azərbaycan KP MK, Ali Sovet və Nazirlər Soveti öz işini köklü şəkildə dəyişməli, ictimai rəyi nəzərə almalı, demokratik dəyişiklikləri gücləndirməli, suverenlik haqqında qanunu işçi sənədə çevirməli, Azərbaycana münasibətdə Sov.İKP MK, ittifaq mətbuatı və ittifaq ictimai rəyi köklü şəkildə dəyişməli, respublikanın sosial-iqtisadi ehtiyaclarına Moskvanın diqqəti artırılmalı, Ermənistandan qovulmuş 160 min qaçqının və Özbəkistandan gəlmiş 30 min mesxeti türk qaçqınların iqtisadi-maliyyə təminatı üçün ittifaq orqanları qərar qəbul etməli, Xüsusi İdarəçilik Komitəsi dövründə buraxılmış səhvləri düzəltmək üçün İttifaq orqanları addımlar atmalı, “DQMV-də qanunsuz yaşayan, xalq arasında “uzunsaqqallar” adlandırılan

20 Yanvar faciəsindən 25 il keçir
20 Yanvar faciəsindən 25 il keçir

və davam etməkdə olan gərginliyə təhrik edən əsas qüvvələr olan silahlı ekstremistləri oradan tamamilə deportasiya etmək lazımdır”, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Sov.İKP MK və SSRİ Ali Sovetinin birgə qərarı ilə birmənalı formada pislənməli və “DQMV-nin Azərbaycana məxsusluğu haqqında güzəştsiz məqsədyönlü ittifaq müqaviləsi qəbul edilməlidir”. Həsənov Moskva nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə tələb edirdi ki, Ermənistan Ali Sovetinin DQMV–nın Ermənistana anneksiya edilməsi ilə bağlı 1 dekabr 1989-cu il qərarı ləğv edilməli və günahkarlar cəzalandırılmalı, “o cümlədən şəxsiyyətinə baxmadan, rəhbər işçilər”.[26] MK katibi Həsən Həsənovun respublika partiya təşkilatının müşavirəsində səsləndirdiyi bu fikirlər həmin günlərdə Xalq Cəbhəsinin Bakı meydanlarında səsləndirdiyi tələblərlə tam səsləşirdi.

Mərkəzi Komitədəki müşavirə ilə eyni vaxtda, yanvar ayının 6-da Azərbaycan SSR Elmlər Akademiyasının binasında Xalq Cəbhəsinin qurultay səlahiyyətli III konfransı işə başlamışdı.

Həmin günlərdə Azərbaycan KGB-si vəziyyəti analiz edərək “Hadisələrin mümkün inkişafı haqqında” adlı qeydlər hazırlamışdı və sənəd SSRİ KGB-nə də göndərilmişdi. KGB-nin sədri Vaqif Hüseynov bu barədə müşavirədə məlumat verdi və qeyd etdi ki, “Sov.İKP MK sanki qarşısına Vəzirovu gözdən salmaq və Azərbyacan kommunist partiyasını birdəfəlik məhv etmək məqsədi qoymuşdu.[27] Mərkəzi Komitədəki müşavirə ilə eyni vaxtda, yanvar ayının 6-da Azərbaycan SSR Elmlər Akademiyasının binasında Xalq Cəbhəsinin qurultay səlahiyyətli III konfransı işə başlamışdı. İki günlük müzakirələrdə respublikada və onun ətrafında yaranmış vəziyyət ətraflı şəkildə dəyərləndirildi. Əbülfəz Elçibəy başda olmaqla əsasən hərəkat daxilindəki liberal düşərgəni təmsil edən 14 nəfərdən ibarət yeni idarə heyəti seçildi.[28] Lakin hərəkat daxilində olan radikal xəttin tərəfdarları bununla razılaşmadı və yanvarın 13-də keçirilən mitinqdə Milli Müdafiə Şurasının yaradıldığı haqqında məlumat elan edildi. Şuranın sədri Əbülfəz Elçibəy olsa da qalan 4 üzvü

20 Yanvar-Ümumxalq Hüzn Günü
20 Yanvar-Ümumxalq Hüzn Günü

(E.Məmmədov N.Pənahov, X.Bahadır, R.Qazıyev) bilavasitə radikallardan ibarət idi. “Bu mahiyyəti etibarilə paralel hakimiyyət strukturu ealn etmək idi. O, öz üzərinə erməni təcavüzünə silahlı müqavimət göstərməklə yerlərdə şəraitə nəzarət etməyi götürmüşdü”..[29] Mitinqin gedişində Bakıda erməni talanlarının başlandığı və hakimiyyət orqanlarının, xüsusilə milis orqanlarının hadisələrə müdaxilə etmədikləri barədə məlumatlar gəlməyə başladı. Talanlar başlandıqdan sonra SSRİ Daxili işlər nazirinin Bakıda olan müavini Liskauskas, daxili qoşunların Bakıda yerləşdirilmiş 12 min şəxsi heyətindən talançılara qarşı istifadə edilməsinə icazə vermədi və ona qarşı deyilən tənqidlərə çox qısa olaraq belə cavab verdi: “Məsələni Moskva ilə həll edin. Qayda-qanun yaradılması üçün mənə əmr və əlavə qüvvələr lazımdır”. [30] Yanvarın 13-dən 14-nə keçən gecə baş vermiş hadisələr zamanı erməni millətindən olan 32 nəfər qətlə yetirilmişdi. Hakimiyyət orqanlarının, xüsusilə, daxili qoşunların Bakıda olan hissələrinin qətllərin qabağını almağa heç bir cəhd göstərməməsi Moskvanın hansısa niyyətindən xəbər verirdi. Xalq Cəbhəsinin rəsmi orqanı olan “Azadlıq” qəzeti hələ 1989-cu ilin dekabr ayının 30-da çıxan sayında əhalini xəbərdar edirdi ki, milli zəmində hər hansı zorakılıq aktlarının baş verməsi yaxın dövrdə keçirilməsi gözlənilən Ali Sovetə seçkilər ərəfəsində Bakıda fövqəladə vəziyyət rejiminin və

Yalnız Xalq Cəbhəsi fəallarının səyi nəticəsində həmin dəhşətli günlərdə yüzlərlə erməninin həyatını xilas etmək və qırğını dayandırmaq mümkün oldu.

komendant saatının tətbiqi üçün hakimiyyət orqanlarına bəhanə verə bilər.[31] Yalnız Xalq Cəbhəsi fəallarının səyi nəticəsində həmin dəhşətli günlərdə yüzlərlə erməninin həyatını xilas etmək və qırğını dayandırmaq mümkün oldu. Yanvarın 15-də AXC idarə heyəti xüsusi bəyanatla çıxış edib bildirdi ki, “13.01.1990-cı il axşam və 14.01.1990-cı ilə keçən gecə Bakı şəhərinin ayrı-ayrı yerlərində şəhərin erməni əhalisinə qarşı zor işlədilməsi halları olmuşdur. Növbəti gün ərzində də kiçik miqyaslı cinayətlər olmuşdur. Rəsmi məlumatlara görə, iki gün ərzində 32 erməni öldürülmüşdür.

Faktların ilkin araşdırması göstərir ki, cinayətlər hadisə yerindən dərhal yoxa çıxan xüsusi adamlar tərəfindən törədilmişdir.

Azərbaycanlılar arasında da qurbanlar var. AXC idarə heyəti baş vermiş cinayətləri nifrətlə pisləyir...Faktların ilkin araşdırması göstərir ki, cinayətlər hadisə yerindən dərhal yoxa çıxan xüsusi adamlar tərəfindən törədilmişdir. Bu, həmin adamların qabaqcadan hazırlandığını göstərir. Bəs onların arxasında hansı qüvvələr dayanır, təşkilatçı kimdir?”[32] Bu sual axıra qədər müəmmalı olaraq qaldı. Amma hadisələrin Bakıda fövqəladə əziyyət elan etmək istəyən qüvvələrin gizli əli ilə təşkil olunduğu bir fakt idi. Yanvarın 13-də Bakıda talanlar başlayandan sonra Moskvadan şifroqram gəldi ki, yanvar ayının 14-də Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Yevgeni Maksimoviç Primakov partiya və hərbi ekspert qrupu ilə birlikdə Bakıya gəlir. Yanvarın 14-də bazar günü Primakovun və digər Moskva nümayəndələrinin iştirakı ilə respublika rəhbərliyinin toplantısı keçirildi. Vəzirov vəziyyət haqqında məlumat verdi. Primakov şəhərdəki erməni talanları ilə maraqlandıqda “Azərinform”un sədr müavini S.Perets öldürülən ermənilərin sayı barədə məlumat verib və əlavə etdi ki, “hələ Xalq Cəbhəsinə çox sağ ol deyin ki,

20 Yanvar-1990-cı il
20 Yanvar-1990-cı il

öz xalqının simasını qoruyub saxlayaraq, ermənilərin bərəylə təxliyyəsini təşkil edib. Yeri gəlmişkən, sizin yerinizə... Yoxsa, öldürülənləri onlarla deyil, yüzlərlə sayardınız”. [33] Bu sözləri eşidəndə Primakov əsəbi formada dedi ki, “bəsdir!” və əlavə etdi ki, “bizdə belə bir təəssürat yarandı ki, respublika partiya orqanlarının nəzarəti altından çıxıb. Hərbi hissələr bloklanıb, şəhərdə erməni qırğını gedir... Siaysi büro Bakıdakı vəziyyətdən ciddi şəkildə narahatdır. Vəziyyəti dəyərləndirməsək, respublikaya ağır zərbə endirəcək və təkcə respublikaya deyil, bütünlükdə ölkəyə. Operativ qərargah yaratmağı, hansısa təcili tədbirlər görməyi təklif edirəm”. [34] Moskvadan Bakıya ezam olunmuş Primakov, Girenko və digərləri, habelə Azərbaycan KP MK-nın birinci katibi Vəzirov belə qərara gəldilər ki, “qarşıda duran aksiya talan deyil,

Qəribə də olsa “operativ qərargah”ın” birinci işi Primakov başda olmaqla müxalifət liderləri ilə görüşmək və habelə, idarə və müəssisələrdə görüşlər keçirib könüllü dəstələr yaratmağa cəhd göstərməkdən ibarət oldu.

antierməni, ilk növbədə isə antihökumət xarakteri daşıyacaq.35] Qəribə də olsa “operativ qərargah”ın” birinci işi Primakov başda olmaqla müxalifət liderləri ilə görüşmək və habelə, idarə və müəssisələrdə görüşlər keçirib könüllü dəstələr yaratmağa cəhd göstərməkdən ibarət oldu. Yanvar ayının 15-də respublika televiziyası axşam birinci katib Ə.Vəzirovon Bakı soyuducular zavodunda fəhlələrlə görüşünü verdi. Burada o, əli silah tutan bütün gəncləri könüllü dəstələrə yazılmağa çağırır və onlara silah da veriləcəyini bildirirdi. Məhz, partiya komitələri könüllülərin siyahısını tuturdu, açıq-aydın görünürdü ki, böyük bir təxribat hazırlanır.[36] Partiya orqanlarının şübhəli şəkildə “cəsarətə gəlməsi” ilk növbədə xalq hərəkatının liderlərini qeyri-qanuni hərəkətlərə sövq etmək, sonra da hərəkata zərbə endirmək idi. Toplantını yekunlaşdıran Primakov respublika rəhbərliyinə belə bir təklif verdi ki, Siz cəbhəçilərlə ümumi dil tapmalısınız, “bizim Siyasi büroda hər şey o qədər də asan deyil. Dirənənlər də var, amma Mixail Sergeyeviç hamı ilə ümumi dil tapır. Qarşıdakı hücumlar çoxdan tarix olub. İndi güzəşt vaxtıdır”. [37] Həmin günlərdə (14-16 yanvar) Xalq Cəbhəsi rəhbərliyi ilə Primakov 4 görüş keçirdi. Əsas müzakirə mövzusu hərbi obyektlərin və hərbi hissələrin, yolların blokadasının götürülməsindən ibarət idi. O, Bakı qırğınından sonra keçirilən ilk plenumda qeyd edirdi ki, “demək olar ki, biz onlara yalvarırdıq ki, ordu ilə zarafat etmək olmaz. Ordu necə olursa olsun, blokadanı yaracaq”. [38] MK-dakı toplantıdan bir gün sonra Bakı şəhər partiya komitəsinin fövqəladə plenumu keçirildi və orada da Xalq Cəbhəsi nümayəndələri ilə danışıqların nəticələri müzakirə edildi.

Bütün danışıqlarda cəbhəçilərin bilavasitə iki tələbi var idi: “Qarabağ məsələsinin həlli, Vəzirovun istefası”.

Bütün danışıqlarda cəbhəçilərin bilavasitə iki tələbi var idi: “Qarabağ məsələsinin həlli, Vəzirovun istefası”.[39] Cəbhəçilərin bu tələbinə qarşı Girenko açıq şəkildə bildirmişdi ki, respublika rəhbərliyini Sov.İKP MK-nin deyil, kütlənin dəyişməsi yolverilməzdir. [40] Xalq Cəbhəsi nümayəndələri ilə görüşdə Primakov hərəkatın lideri Əbülfəz Elçibəyə belə bir sual verdi: “Sizin məqsədiniz nədir?” Elçibəy cavab verdi ki, “demokratik seçkilərdə qələbə çalmaq”. Onda Primakov dedi ki, “bundan sonra Sovet İttifaqından ayrılmağa bir pillə qalır”. [41] “Bakıda vəziyyətə dair” Azərinformun yanvarın 15-də yaydığı məlumatda göstərilirdi ki, “E.M.Primakov və A.N.Girenko Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri ilə görüşmüşlər. Uzun sürən söhbətlər zamanı diqqət buna cəlb edilmişdir ki, vəziyyəti normal hala salmaq, qanunçuluğu və hüquq qaydasını təmin etmək üçün bütün tədbirlər görülməlidir.

Xalq Cəbhəsi ilə razılığa gəlmək mümkün olmadıqda, Primakov Şeyxülislam Allahşükür Paşazadəyə təklif etdi ki, “respublikaya başçılıq etməyi” öz üzərinə götürsün.

Qeyd edilmişdir ki, SSRİ-də demokratikləşmə ilə mövcud qanunların pozulması arasında heç bir əlaqə yoxdur, əksinə, demoratikləşmə qanunlara ciddi əməl edilməsini nəzərdə tutur”. [42] Xalq Cəbhəsi ilə razılığa gəlmək mümkün olmadıqda, Primakov Şeyxülislam Allahşükür Paşazadəyə təklif etdi ki, “respublikaya başçılıq etməyi” öz üzərinə götürsün.[43] Görünür bu təklif Azərbaycanda baş verənləri islam fundamentalizmi ilə əlaqələndirmək zərurətindən irəli gəlirdi.

Dağlıq Qarabağda hadisələrin silahlı müstəviyə keçdiyi və respublikada gərginliyin günbəgün artdığı bir məqamda nəhayət ki, 1990-cı ilin yanvar ayının 15-də Moskvanın çoxdan planlaşdırdığı qərar verildi. SSRİ Ali Sovetinin “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyətin elan edilməsi haqqında” fərmanında Azərbaycan Ali Soveti Rəyasət Heyətinə tövsiyə edilirdi ki, Gəncə və Bakı şəhərlərində komendant saatı tətbiq etsin. Fərmanın 7-ci bəndində deyilirdi: “Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə təklif edilsin ki, əhalinin, müəssisələrin və təşkilatların təhlükəsizliyini təmin etmək üçün qüvvədə olan qanunvericiliyin... tələblərini pozmaqda müqəssir

Bu fərmanla yanaşı M.Qorbaçov artıq Azərbaycan rəhbərliyinə namizəd axtarırdı.

şəxsləri məsuliyyətə cəlb etmək üçün Bakı, Gəncə və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görsün”. [44] Bu fərmanla yanaşı M.Qorbaçov artıq Azərbaycan rəhbərliyinə namizəd axtarırdı. Yanvar ayının 16-da o, Azərbaycan SSR Nazirlər Soveti yanında KGB-nin sədri Vaqif Hüseynova zəng edərək respublika partiya təşkilatına rəhbərlik etməyi ona təklif edir. Onun ardınca SSRİ KGB-nin sədri V.Kryuçkov Hüseynova zəng edib vəziyyət haqqında məlumat alır. V.Hüseynov deyir: “Vladimir Aleksandroviç, nə baş verir? Minlərlə insan Ermənistandan Azərbaycana köçürülür. İndi Bakıda insanları öldürürlər, paralel olaraq saatlarca davam edən müşavirələr, Moskvaya məruzələr. Orada isə çoxmənalı gözlənti. Heç kim heç nə etmək istəmir. Bunların arxasında nə durur?”. Kryuçkov cavabında deyir ki, “bilirsiniz ki, bizdə qərarlar, təəssüf ki, ya gec qəbul edilir, ya da ümumiyyətlə qəbul edilmir. Primakov Bakıya göndərilib. Onun geniş səlahiyyətləri var. Qorbaçovla daim əlaqə saxlayır. Vəziyyətlə bağlı Primakovu məlumatlandırın. Sonra o, Qorbaçovla söhbətinə toxunaraq əlavə etdi ki, “yeni böyük işə hazırlaşın”. [45] Bu zaman artıq birinci katib Vəzirov öz istefasını Qorbaçovla razılaşdırmışdı. Yanvarın 18-dən etibarən onun kabinetində və onun stolunda Primakov oturur, respublikadakı proseslərə biləvasitə o, rəhbərlik edirdi. Həmin vaxt fasiləsiz mitinqlər artıq respublika kompartiyasının qarşısında

Yanvarın 18-də Moskva nümayəndələri başda olmaqla MK-nın binasında olan rəhbərlik mitinqə gəldi və Primakov mitinqçilər qarşısında çıxış edib bəyan etdi ki, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməyəcək və şəhər ətrafında toplanmış ordu Bakıya yeridilməyəcək.

gedirdi və MK-nın binası hər tərəfdən mitinqçilər tərəfindən mühasirəyə alınmışdı. Yanvarın 18-də Moskva nümayəndələri başda olmaqla MK-nın binasında olan rəhbərlik mitinqə gəldi və Primakov mitinqçilər qarşısında çıxış edib bəyan etdi ki, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməyəcək və şəhər ətrafında toplanmış ordu Bakıya yeridilməyəcək. Eyni sözü həmin gün Sov.İKP MK milli münasibətlər şöbəsi müdirinin müavini V.Mixaylov respublika televiziyası ilə çıxışında təkrar etdi. Bu zaman artıq Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi dairələrdən gətirilmiş 50 minlik ordu hissələri şəhəri işğal etmək üçün hərbi hazırlıq işlərini başa çatdırmışdı. Demək olar ki, bütün qoşun növlərindən ibarət olan hərbi hissələr, o cümlədən KGB-nin 7-ci idarəsinin “Alfa” qrupu müxtəlif istiqamətlərdən Bakıya doğru hərəkət etməyə start vəziyyətində idi.[46] Yanvarın 19-da səhər kompartiyanın birinci katibi Vəzirov MK binasına gələndə mitinqçilər hər tərəfdən binaya yolu bağlamışdılar. O, MK binasına buraxılmayanda respublika KGB-nin binasına yollandı. Son günlər həmin binada sahiblik edən SSRİ КБ-nin birinci müavini Geniy Aqayev məlumat verdi ki, səhər saat 8-də SSRİ Müdafiə naziri Dmitri Yazov və SSRİ Daxili işlər naziri Vadim Bakatin Bakı yaxınlığındakı Qala hərbi

SSRİ Müdafiə naziri Dmitri Yazov və SSRİ Daxili işlər naziri vadim Bakatin Bakı yaxınlığındakı Qala hərbi aerodramuna gəlmişlər.

aerodramuna gəlmişlər. Oradan 4-cü ordunun qərargahına gələn nazirlər operativ müşavirə keçirdilər. Şəhərdəki vəziyyət haqqında məlumatı onlara artıq çoxdan Bakıda olan müavinləri, hərbi kəşfiyyat və əks kəşfiyyatın rəhbərləri məruzə etdilər. Burada Yazov elan etdi ki, yaxın 2-3 gündə fövqəladə vəziyyət elan edilməsi haqqında fərman çıxacaq. Əlavə edib ki, AXC liderlərini mümkün qədər tez təcrid etmək lazımdır. [47]

Yanvar ayının 19-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin fövqəlada sessiyası Ermənistan SSR tərəfindən edilən hərbi təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşların həyatı təhlükə qarşısında qaldığından, 1921-ci ilin oktyabr ayında RSFSR-in iştirakı ilə Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan MSSR-nin

Yanvarın 19-da M.Qorbaçov “Barvixa” sanatoriyasında dincələn Heydər Əliyevə zəng edib onu hədələdi ki, “Azərbaycanda iğtişaşlar baş verir və bu iğtişaşların günahkarı odur”

SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etdi.[48] Yanvarın 19-da M.Qorbaçov “Barvixa” sanatoriyasında dincələn Heydər Əliyevə zəng edib onu hədələdi ki, “Azərbaycanda iğtişaşlar baş verir və bu iğtişaşların günahkarı odur”. Qorbaçov xəbərdarlıq etdi ki, respublikada faktiki olaraq Sovet hakimiyyəti devrilib və bunun günahkarı da Heydər Əliyevdir və o, təcili olaraq hadisələrə təsir etmək barədə tədbirlər görməlidir.[49]

Yanvarın 19-da günorta Moskvadan gələn güc nazirləri 4-cü ordunun qəragahında son əməliyyat müşavirəsi keçirdilər. Bu zaman artıq kompartiyanın birinci katbi Vəzirov da KGB-dən ora gətirlilmişdi. Primakov və geniralitetlə qısa müşavirdən sonra Yazov Vəzirovu yanına çağıraraq dedi ki, o, Siyasi Büronun tapşırığını yerinə yetirir. Siyasi Büro Azərbaycandakı vəziyyəti həddindən artıq mürəkkəb hesab edir və ona möhürlənmiş paket verib. Orada qısaca olaraq məlumat verilirdi ki, “o, Sov.İKP MK Siyasi Bürosunun sərəncamına cağırılır”. [50] Ən elementar partiya nizamnaməsinə əməl etmədən, formal da olsa respublika partiya təşkilatının qərarı olmadan Azərbaycan partiya təşkilatının birinci katibi “demokratik islahatlar” adı ilə tarix səhnəsinə çıxmış Mixail Qorbaçov tərəfindən geri, Siyasi Büronun sərəncamına çağrılırdı. Həmin axşamı 4-cü ordunun qərargahında gecələyən Vəzirov yanvarın 20-si səhər tezdən Binə aerodromundan hərbi təyyarə ilə Moskvaya göndərildi.

Respublika rəhbərliyi SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkovla əlaqəyə girib dedilər: “sizə yalvarırıq, xahiş edirik Yazova tədbirləri səhərə qədər dayandırmağı əmr edin. Səhər Büronu toplayıb bütün məsələləri həll edəcəyik”.

Azərbaycan KP MK bürosunun üzvləri yanvarın 19-da Yazovla görüşüb Bakıya hücum əməliyyatını sabaha qədər təxirə salmağı xahiş etsələr də Yazov dedi ki, “biz sizə kifayət qədər vaxt verdik”. [51] Respublika rəhbərliyi SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkovla əlaqəyə girib dedilər: “sizə yalvarırıq, xahiş edirik Yazova tədbirləri səhərə qədər dayandırmağı əmr edin. Səhər Büronu toplayıb bütün məsələləri həll edəcəyik”. Onlar Rıjkova xəbərdarlıq etdilər ki, respublikada çoxlu rus əhalisi yaşayır və “onları çətin vəziyyətə qoyursunuz. Qoşunların yeridilməsi onlara qarşı nifrət hissi oyada bilər. Bunu etmək lazım deyil. Bizə səhərə qədər bu problemi həll etmək imkanı verin”. [52] Lakin Moskvanı öz qərarından döndərmək mümkün olmadı. SSRİ DTK-nın "Alfa" qrupunun yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji blokunu partlatması ilə Bakının işğalı əməliyyatı başladı, respublikada televiziya verilişləri dayandırıldı. Mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi.

Bununla da yanvarın 19-dan 20-nə keçən gecə ordu hissələri qabaqcadan xəbərdar edilmədən Bakı üzərinə hücuma keçdi.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan etibarən “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” fərman imzaladı.[53] Respublika televiziyasının enerji bloku partladıldığından nə televiziya, nə də radio vasitəsi ilə fövqəladə vəziyyət haqqında fərman əhaliyə çatdırılmadı. Bununla da yanvarın 19-dan 20-nə keçən gecə ordu hissələri qabaqcadan xəbərdar edilmədən Bakı üzərinə hücuma keçdi. Bu əməliyyatda iştirak etmiş “əfsanəvi” general A. Lebed ordunun şəhərə doğru hərəkətini belə təsvir edirdi: “Mənim də içərisində olduğum təyyarə Bakıdan 30 kilometr məsafədə Qala aerodromunda sıx toranlığa endi. Ətrafda atəş açırdılar. Məni diviziyanın qərargah rəisi polkovnik N.N.Nisiforov və Ryazan alayının komandiri polkovnik Y.A.Naumov qarşıladılar... Qərargah rəisi vəziyyəti məruzə etdi: Ryazanlılar və kostromalılar cərgəyə düzüldülər. Kəşfiyyat göndərirdilər və mühafizə qoydular. Əməliyyatlara hazırdırlar!.. Vəzifə - deyə qərargah rəisi qaranlıqda qımıldadı, - vəzifəni ... alay komandiri bildirəcək. Mən yox idim, o isə vəzifəni şəxsən müdafiə nazirindən alıb...

- Məruzə edin, Yuri Alekseyeviç (Naumov – C.H.), məsələ nədir? – dedim.

- İcazə verirsiniz, söyləyim, cənab polkovnik?

- Söylə!

Müdafiə naziri yumruğunu burnuma yaxınlaşdırdı və dedi: “Sizin ananızı... hünəriniz var, tutmayın, Lebedə də beləcə çatdırın.”

- Bu qədər?

- Bu qədər!

- Bəs nəyi götürməliyik?

- Bakıya qədər. Burada başqa götürüləcək bir şey yoxdur”.

Göstərişə uyğun olaraq Bakı şəhərini götürdük – tanklarla qarşımıza çıxan hər şeyi, təbii ki, insanlarla birlikdə, şumladıq və yerlə yeksan etdi

Vəzifə xoş və sadədir - iki milyon əhalisi olan şəhəri ələ keçirmək. Amma həmin an məni telefona çağırdılar. HDQ komandanı general-polkovnik Açalov vəzifəni dəqiqləşdirdi və konkretləşdirdi. Mənzərə ortaya çıxdı. Mən ilkin göstərişləri verdim və məsələni aydınlaşdırmaq üçün KPP-yə getdim. Bakıya 30 km var, vəzifəni uğurla yerinə yetirmək üçün əvvəlcə uğurla aerodromdan çıxmaq lazım idi... Göstərişə uyğun olaraq Bakı şəhərini götürdük – tanklarla qarşımıza çıxan hər şeyi, təbii ki, insanlarla birlikdə, şumladıq və yerlə yeksan etdik. Amma bu, bu yaxınlarda desantçıların Tbilisidə istifadə etdikləri istehkam belləri deyildi”.[54] Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyət elan olunana qədər Sovet ordusunun müdaxiləsi nəticəsində artıq 102 nəfər dinc vətəndaş öldürülmüşdü. Bu faciəni təhqiq edən Azərbaycan Respublikası Ali Soveti Komissiyasının rəyində göstərilirdi ki, şəhərin tutulması əməliyyatı nəticəsində 131 nəfər həlak olmuşdu. Onlardan 117-si azərbaycanlı, 6-ı rus, 3-ü yəhudi, 3-ü tatar idi. Onların 124 nəfəri kişi, 7 nəfəri qadın, 7 nəfəri isə yetkinlik yaşına çatmamış uşaqlar idi. İki nəfər “təcili tibbi yardım” işçisi həmin gecə öz xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdu. Bundan əlavə hərbi əməliyyatın gedişində 744 insan yaralanmış, dörd nəfər itkin düşmüşdü, 400 nəfər həbs edilmişdi. Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Əməliyyat zamanı "Kalaşnikov" avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdi.[55] Əməliyyat başa çatdıqdan sonra “İzvestiya”

Əməliyyat başa çatdıqdan sonra “İzvestiya” qəzetinin müxbiri Sovet qoşunlarının nə məqsədlə Bakıya girdiyini müdafiə naziri Dmitri Yazovdan soruşduqda, o, cavab vermişdi ki, qoşun şəhərə Azərbaycan Xalq Cəbhəsinin mövcud strukturlarını dağıtmaq üçün daxil olub.

qəzetinin müxbiri Sovet qoşunlarının nə məqsədlə Bakıya girdiyini müdafiə naziri Dmitri Yazovdan soruşduqda, o, cavab vermişdi ki, qoşun şəhərə Azərbaycan Xalq Cəbhəsinin mövcud strukturlarını dağıtmaq üçün daxil olub.[56] Sonralar bu məsələyə qayıdaraq Yazov bidirmişdi ki, “Bakıda qoşunlar sovet hakimiyyətini xilas etdi”.[57] Bakı hadisələri ətrafında sərt informasiya blokadası yaradılmışdı. Hətta, həmin günlərdə Azərbaycanda yayılan “Pravda”, “İzvestiya”, “Krasnaya zvezda” və digər mərkəzi mətbuatın eyni sayları Moskva və SSRİ-nin digər qalan yerlərindən bir sıra fərqliliklərlə çıxırdı. Respublika əleyhinə verilən materiallar, ordunun Bakı əməliyyatının “ümumxalq müdafiəsi” ilə bağlı aparılan geniş kampaniyalar mərkəzi qəzetlərin Bakıda nəşr olunan nömrələrinə daxil edilmirdi. İlk dəfə idi ki, Sovet mətbuatında belə fərqlilik müşahidə edilirdi. Bakıdakı hadisələrlə əlaqədar yanvarın 20-də günorta saat 14:00-da Qorbaçov televiziyada çıxış edib və SSRİ Xarici İşlər Nazirliyində mətbuat konfransını keçirib. 21 yanvar 1990-cı ildə Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirilən toplantıda çıxış edərək, bu hadisəni törədən şəxsləri tənqidə məruz qoyub və bu aktı qanunazidd hesab etdiyini bildirib.

Və radiodan Mirzə Xəzərin səsini eşidəndə, mənə elə gəldi ki, hamı nəfəsini uddu, amma hamı dirildi. 20 yanvar gecəsi - Mirzə Xəzərin səsi - möcüzə idi! Bəlkə "ah, nalədən" boğulan hava – Mirzə Xəzərin səsi ilə hıçqırırdı!

Məhz bu faciəli anlarda uzaqlardan "Azadlıq radiosu"nun, Mirzə Xəzərin səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı. Şair və publisist Məlahət Ağacanqızı bu anı öz xatirələrində belə təsvir edir: "Yaxşı yadımdadır 20 yanvar gecəsi bütün yaxınlarımız bir otağa yığışmışdı. Böyük otaq adamla dolu olsa da heç kəs danışmırdı. Qadınlar səssiz ağlayırdılar, kişilər baxışları ilə yeri yarmaq istəyirdilər - yerə girmək üçün! Qardaşım radio dalğalarını həyəcanla ələk-vələk edirdi. Və radiodan Mirzə Xəzərin səsini eşidəndə, mənə elə gəldi ki, hamı nəfəsini uddu, amma hamı dirildi. 20 yanvar gecəsi - Mirzə Xəzərin səsi - möcüzə idi! Bəlkə "ah, nalədən" boğulan hava – Mirzə Xəzərin səsi ilə hıçqırırdı! Mirzə Xəzər - 20 yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi. Bir gündə bir əsrə bərabər iş gördü. O səs milləti məzardan çıxartdı. Dirilərə şəhid oğulları dəfn etmək üçün güc verdi." "Azadlıq"ın 20 yanvardakı ilk verilişi həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlıları və ictimaiyyəti oyatdı. Dünya azərbaycanlıları ayağa qalxdı. Etirazlar başladı. Moskva öz xəlvəti Bakı əməliyyatını sakitliklə sona çatdıra bilmədi. Hadisələr ətrafında beynəlxalq ictimai rəyi səfərbər etdiyinə görə Sovet orqanları "Azadlıq" radiosundan ABŞ hökumətinə rəsmən şikayət etdi. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından, dinc əhalinin, qadın və uşaqların gülləyə tutulmasından xəbər tutdu. Sovet imperiyasının ideoloji ruporu olan "Pravda" qəzeti 22 yanvar tarixli nömrəsində yazırdı: "Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq

Həmin günlər “Amerikanın səsi” radiosu məlumat yaymışdı ki, Bakıya qoşun yeridilməsi ilə bağlı Azərbaycanda islam fundamentalizminin baş qaldırması ilə qorxudulan ABŞ prezidenti Corc Buş iki gün ardıcıl olaraq Qorbaçovu müdafiə etmişdir.

mühafizə orqanlarına qarşı qaldırmaqdır".[58] Həmin günlər “Amerikanın səsi” radiosu məlumat yaymışdı ki, Bakıya qoşun yeridilməsi ilə bağlı Azərbaycanda islam fundamentalizminin baş qaldırması ilə qorxudulan ABŞ prezidenti Corc Buş iki gün ardıcıl olaraq Qorbaçovu müdafiə etmişdir. O, bu aksiyanı ermənilərlə azərbaycanlıların münasibətlərini qaydaya salmaq kimi şərh edirdi. Amerikada yaşayan azərbaycanlılar Bakıda baş vermiş 20 yanvar hadisələri ilə bağlı yanvar ayının 26-da Vaşinqonda nümayiş keçirmişdilər və bu aksiya Bakı qırğını haqqında həqiqətlərin yayılmasına kömək etmişdi.[59] Bu zaman Qərbin və ABŞ-ın diqqəti bilavasitə Pribaltika respublikalarında idi. Bunu Birləşmiş Ştatların dövət katibi James Baker 1990-cı ilin aprel ayının 10-da Kanada Baş naziri Brine Mulroney ilə görüşdə açıq şəkildə ifadə etmişdi. O, qeyd edirdiki, “Litva ilə bağlı biz bəlli etdik ki, onlar Litva ilə döyüşməyə davam edərlərsə, tanksız olsa belə, Amerika-Sovet münasibətlərində heç bir irəliləyiş olmayacaq. Biz dedik ki, Litva ilə bağlı ağrımız Azərbaycandan daha az idi. (“regarding Lithuania, we made it clear that we could not sustain progress in US – Soviet relations if they continued to crack down on Lithuania, even without tanks. We said that our pain threshold was lower redarding Lithuanian than Azerbaijan”).[60]

Bəyanatda deyiirdi: “Azərbaycan xalqı, bütün respublika adından Azərbaycan SSR-in suverenliyinin kobud şəkildə pozulması və SSİ Ali Şurasının Rəyasət Heyətinin respublikanın paytaxtı Bakı şəhərində fövqəladə hal elan etməsi ilə əlaqədar qəti etirazımı bildirirəm".

Bakıda baş vermiş qanlı hadsələrlə bağlı Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarova yanvarın 20-də xüsusi bəyanatla çıxış etdi. O, bildirdi ki, respublikanın ali hakimiyyət orqanları Bakıda fövqəladə vəziyyət elan olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinə razılıq verməmiş və onda iştirak etməmişdir. E.Qafarova tökülən günahsız qanların məsuliyyətini bu qərarı qəbul və icra edən SSRİ orqanlarının üzərinə qoydu. Bəyanatda deyiirdi: “Azərbaycan xalqı, bütün respublika adından Azərbaycan SSR-nin suverenliyinin kobud şəkildə pozulması və SSİ Ali Sovetinin Rəyasət Heyətinin respublikanın paytaxtı Bakı şəhərində fövqəladə hal elan etməsi ilə əlaqədar qəti etirazımı bildirirəm. Bu elanın icrası üçün dinc əhaliyə qarşı ağır döyüş texnikasından və avtomat silahlardan istifadə ilə amansız aksiya keçirilib, bu da gənclər, qadınlar, yaşlılar və uşaqlar da daxil olmaqla, çoxsaylı insan qurbanlarına gətirib çıxarıb”. [61] Yanvarın 21-də Ali Sovetin deputatlarının 1/3 hissəsinin təşəbbüsü ilə Azərbaycan Ali Sovetinin fövqəladə iclası keçirildi. Sessiyada SSRİ xalqlarına və dünyanın bütün xalqlarına və parlamentlərinə müraciət qəbul edildi. Sessiyada Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edildi. Baş vermiş hadisələri təhqiq etmək üçün 21 nəfərdən ibarət deputat istintaq komissiyası yaradıldı. Yanvar ayının 22-də Bakının işğalı zamanı həlak olmuş insanların dəfn mərasimi keçirildi. Orada 1 milyondan çox adam iştirak etdi. Xalq tərəfindən “Azadlıq” meydanı adlandırılan ərazidə və MK-nın binasının qarşısındakı divarlara bu sözlər yazılmışdı: “Tbilisi, Bakı. Bəs sonra hansı şəhər qətlə yetriləcək?”, “Qorbaçov sən cəllad, yalançı, yeniudənqurmanın düşmənisən”, “Qatil Yazov, Azərbaycandan rədd ol!”. Dəfn mərasimi kommunist partiyasının üzvlük biletlərinin kütləvi şəkildə atılması və yandırılması ilə müşayiət olunurdu. Düz bir il sonra bu hadisələr kiçik miqyasda Vilnyusda təkrar edildi. Lakin nə 18 nəfərin həyatı hesabına başa gəlmiş 1989-cu ilin aprelindəki Tbilisi hadisələri, nə də 13 nəfərin həyatı hesabına başa gəlmiş 1991-ci ilin yanvarındakı Vilnyus hadisələri Bakı qırğını ilə müqayisə edilə bilməz. Məsələ ölənlərin sayında deyildi, əməliyyatın miqyasında, keçirilmə formasında idi. Bu baxımdan 20 yanvar 1990-cı ilin Bakı əməliyyatı öz miqyasına və strateji hədəflərinə görə Sovet Ordusunun 1956-cı ilin Macarıstan, 1968-ci ilin Çexoslovakiya əməliyyatları ilə müqayisə edilə bilər. Sovet ordusu şəhəri işğal etməklə qələbə çalsa da bu, Qızıl (Qırmızı) ordunun “Pirr qələbəsi” oldu. Bakı əməliyyatından sonra SSRİ-nin dağılması qarşısı alınmaz prosesə çevrildi.

Seçim edərkən Moskva A.Mütəllibovun üzərində dayanmşdı. Plenumun işi isə Moskvanın qərarını rəşmiləşdirmək oldu. Lakin birinci şəxs təyin olunsa da respublika rəhbərliyinə inam yox idi.

Yanvarın 22-də gecədən xeyli keçmiş Azərbaycan KP MK plenumu işə başladı. Qorbaçov Vəzirovun yerinə yeni təyinat üçün Bakıdan 3 rəhbər işçini dəvət etmişdi (Azərbaycan SSR Nazirlər Sovetinin sədri A. Mütəllibov, Azərbaycan KP MK katibi H.Həsənov və Bakı şəhər partiya komitəsinin katibi M.Məmmədov). Seçim edərkən Moskva A.Mütəllibovun üzərində dayanmşdı. Plenumun işi isə Moskvanın qərarını rəşmiləşdirmək oldu. Lakin birinci şəxs təyin olunsa da respublika rəhbərliyinə inam yox idi. Yanvarın 27-də Rıjkov, Şevarnadze, Kryuçkov, Axromeyev, Çernyayev, Şahnazarov, Yakovlev, Falin və Fedorovun iştirakı ilə Qorbaçovun kabinetində keçirilən toplantıda Almaniya Demokratik Respublikasındakı vəziyyət müzakirə edilirdi. Toplantıya Qorbaçov bu sözlərlə başladı: “ADR indi bizim Azərbaycan kimidir: arxalanacağı, etibarlı münasibətlər quracağı heç kim yoxdur”. [62] Lakin tək mərkəzin respublikaya deyil, respublikanın da mərkəzə etimadı itmişdi. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra bu etimadı bərpa etmək mümkün olmadı. “Qanlı Yanvar” hadisəsindən iki ay sonra keçirilən Xalq Cəbhəsinin məclisi Azərbaycanın SSRİ-dən kənarda tam dövlət müstəqilliyi uğrunda mübarizə apardığını bəyan etdi və 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

[1] См: Правда, 1987, 18 января
[2] В.Дорохин. Крах социализма в Венгрии. Свидетельства из ЦК КПСС. (Рукопись). 2013, с.33
[3] Вагиф Гусейнов. Больше, чем одна жизнь. Книга вторая. Москва, 2013, с.92
[4] См: Стенограмма XV пленума ЦК КП Азербайджана. 30.12.1988. // Архив политических документов при Управлении делами Президента Азербайджанской Республики (далее – АПД УДП АР), ф. 1, оп. 83, д. 25, л. 35-71.
[5] Александр Яковлев. Перестройка: 1985—1991. М., Международный фонд «Демократия», 2008, с.182
[6] Р.Агаев, З.Али-заде Азербайджан. Конец второй республики (1988–1993 гг.). М.: издательский дом «Граница», 2006, с.39
[7] Session of the Politburo: on events in Nagorno-Karabakh.21.02.1988.// The National Security Archive at the George Washington University. Doc. 13143, p.71
[8] Session of the Politburo: on events in Azerbaijan and the Armenian SSR.29.02.1988.// The National Security Archive at the George Washington University. Doc. 13152, p.89
[9] Александр Яковлев. Перестройка: 1985—1991, c.182
[10] Session of the Politburo: on events in Azerbaijan and the Armenian SSR.29.02.1988.// The National Security Archive at the George Washington University. Doc. 13152, p.88
[11] Sumqayıt hadisələri haqqında ətraflı məlumat üçün bax: Аслан Исмаилов. Сумгаит начало распада СССР. Баку, 2010
[12] Session of the Politburo: on events in Azerbaijan and the Armenian SSR.29.02.1988.// The National Security Archive at the George Washington University. Doc. 13152, p.88
[13] Там же, с.82
[14]См: Нагорный Карабах: Разум победит. Документы и материалы. Баку, 1989, с.11-13, 43-51; Черный январь. Баку, 1990, с.27-29
[15] См: Красная звезда, 1989, 2 февраль
[16] См: Бакинский рабочий, 1989, 12 январь
[17] Записка А.Н.Яковлева М.С.Горбачеву о Карабахской проблеме. Январь 1988.// Государственный Архив Российской Федерации (далее – ГА РФ), ф. 10063, оп. 1, д. 390, л. 1
[18] “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanununu. 23.09.1989.// Архив Нацианального Меджлиса Азербайджанской Республики (далее – АНМ АР), ф. 2941, оп. 1, д. 196, л. 32-33.
[19] Черный Январь. Баку – 1990. Баку, 1990, с.32-33
[20] См: Бакинский рабочий, 1989, 7 декабрь
[21] Савелий Перец. Пылающее пепелище. // Приложение к еженедельнику «Меридиан», 2001, 17 декабря
[22] Выписка из протокола № 110 Секретариата ЦК КПСС «о командировании в Азербайджанскую ССР группы ответственных работников партийных, советских и правоохранительных органов СССР. 03.01.1990. // The National Security Archive at the George Washington University. Doc. 9512, p.1
[23] Вагиф Гусейнов. Больше, чем одна жизнь. Книга вторая, с.262
[24] Савелий Перец. Пылающее пепелище. // Приложение к еженедельнику «Меридиан», 2001, 17 декабря
[25] Там же
[26] Вестник Гянджи, 1990, 20 января
[27] Вагиф Гусейнов. Больше, чем одна жизнь. Книга вторая, с.266
[28] AXC-nin 1990-cı ilin yanvar ayının 6-7-də keçirilən III konfransı haqqında ətraflı məlumat üçün bax: Ə.Tahirzadə. Meydan: 4 il 4 ay. Bakı, 1997, s.5-26
[29] Р.Агаев, З.Али-заде Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.166
[30] Вагиф Гусейнов. Больше, чем одна жизнь. Книга вторая, с.276
[31] Azadlıq, 1989, 30 dekabr
[32] Aydın Balayev, Rasim Mirzə. 20 yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər. Bakı, 2000, s.56-57
[33] Савелий Перец. Пылающее пепелище. // Приложение к еженедельнику «Меридиан», 2001, 17 декабря
[34] Р.Агаев, З.Али-заде Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.167
[35] Савелий Перец. Пылающее пепелище. // Приложение к еженедельнику «Меридиан», 2001, 17 декабря
[36] А.Балаев. Азербайджанское национальное движение: от «Мусавата» до Народного Фронта. Баку, 1992, с. 48
[37] Р.Агаев, З.Али-заде Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.168
[38] Там же, 170
[39] Вагиф Гусейнов. Больше, чем одна жизнь. Книга вторая, с.278
[40] Ю.Помпеев. Кровавый омут Карабаха. СПб. 1992, с.155
[41] Aydın Balayev, Rasim Mirzə. 20 yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər, s.26-27
[42] Kommunist, 1990, 16 yanvar
[43] Bax: Milli Müdafiə Şurasının üzvü Nemət Pənahovun istintaqa verdiyi ifadə də bunu təsdiq edir.
[44] Известия, 1990, 16 января
[45] Вагиф Гусейнов. Больше, чем одна жизнь. Книга вторая, с.280
[46] C.Araslı. Erməni-Azərbaycan konflikti: hərbi aspekt. Bakı, 1995, s.8-9
[47] Вагиф Гусейнов. Больше, чем одна жизнь. Книга вторая, с.285
[48] Şərq qapısı, 1990, 20 yanvar
[49] Э.Ахундова. Гейдар Алиев: личность и эпоха. Кремлевская пятилетка. Баку, 2008, с.790
[50] Р.Агаев, З.Али-заде Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.175
[51] Там же, с.181
[52] Там же, с.181
[53] Черный Январь. Баку – 1990, c.82
[54]А.И. Лебедь. За державу обидно...М.: Редакция газеты «Московская правда», 1995, c.289-290;General Aleksandr Lebed 8-9 aprel 1989-cu il Tbilisi etirazlarının yatrılmasında iştirak etmişdi və həmin hadisələr zamanı 18 nəfər dinc əhali öldürülmüşdü.
[55] Xalq qəzeti, 1992, 18 yanvar
[56] Aydın Balayev, Rasim Mirzə. 20 yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər, s.34
[57] Независимая газета, 2000, 12 февраля
[58] Правда, 1990, 22 января
[59] Ə.Tahirzadə. Meydan: 4 il 4 ay, s.65
[60] Memorandum of conversation. Meeting with Prime Minister Brian Mulroney of Canada. 10.04.1990.//The National Security Archive at the George Washington University. Doc. 12958, p.2
[61] Aydın Balayev, Rasim Mirzə. 20 yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər, s.131
[62] Chernyaev notes. 27.01.1990.//The National Security Archive at the George Washington University. Doc. 13112, p.1

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG