Accessibility links

20 Yanvar - “Qurbanların səsi” kampaniyası başlayır


Rəsul Cəfərov (Foto Ülvi Həsənlinindir)

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov “Qurbanların səsi” adlı kampaniyanın başlanması təşəbbüsünü irəli sürüb.

Təşəbbüsün əsas məqsədi 20 yanvar hadisələrinə insan hüquq və azadlıqlarının pozulması prizmasından qiymət vermək və yerli ictimaiyyətin, o cümlədən beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqətini bu məsələyə yönəltməkdir.

Bu məqsədə nail olmaq üçün müvafiq hesabatın hazırlanması və davamlı kampaniyanı aparacaq işçi qrupunun yaradılması planlaşdırılır. Kampaniya çərçivəsində Xocalı soyqırımı və digər hadisələrin araşdırılması da həyata keçiriləcək.

R.Cəfərovun həbsdə olması onun fəaliyyətini məhdudlaşdırsa da bu kampaniyaya rəhbərliyi özü həyata keçirəcək.

* 1990-cı il yanvarın 20-də keçmiş Sovet Ordusu genişlənməkdə olan milli-azadlıq hərəkatını yatırtmaq və Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasının qarşısını almaq üçün Bakıda cəza kampaniyası həyata keçirib. Əməliyyat zamanı 134 adam öldürülüb, 700-dən çox adam yaralanıb.

«Demokratiya naminə incəsənət” kampaniyasının koordinatorru Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub. Sonradan ona qarşı yeni ittihamlar- vəzifə saxtakarlığı (CM-in 313-cü maddəsi)və mənimsəmə (179.3.2) ittihamları irəli sürülüb.

Amnesty İnternational Rəsul Cəfərovu”vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG