Accessibility links

“Qanun”un şikayətinə Avropa Məhkəməsi baxacaq


"Qanun" nəşriyyatında axtarış

"Qanun" nəşriyyatında axtarış

2013-cü ildə vergi işçilərinin qapılarını bağladığı “Qanun” jurnalının şikayətinə Avropa İnsan Hüquqları Məhkəməsində baxılacaq.

Bu bararədə jurnalın hüququ nümayəndəsi Xalid Ağaliyev bildirdib.

Ağaliyev deyib ki, yerli məhkəmələr “Qanun”un şikayətlərini qanuni araşdırmayıb: “2013-cü ildə “Qanun” jurnalı və nəşriyyatı heç bir legitimliyi olmayan yoxlamaya məruz qalıb. Təəssüflər olsun ki, yerli məhkəmələr bu prosesdə yol verilmiş hüquq pozuntularının heç birini aradan qaldırmadı. “Qanun”un bank hesablarına münasibətdə bu pozuntular hələ də davam edir.

Onun sözlərinə görə, hüquqşunas artıq Avropa Məhkəməsinə şikayət edilib və şikayət icraata qəbul olunub.

Avropa Məhkəməsinə şikayətdə vurğulanır ki, yerli qurumlar, məhkəmələr “Qanun” jurnalına münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ), 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu maddəsinin (ifadə azadlığı) və 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusuna yol veriblər.

Avropa Məhkəməsindən qeyd olunan hüquqların pozuntusunun tanınması, pozulmuş hüquqlara görə ədalətli əvəzin təmin edilməsi barədə qərar çıxarılması istənilir.

“Qanun” jurnalı və nəşriyyatı 2013-cü ildə basqılara məruz qalıb. O zamanlar nəşriyyata basqılar həmin il keçirilmiş prezident seçkilərində müxalifətin prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin seçki materiallarının “Qanun”da çap edilməsilə əlaqələndirirdilər.

Həmin il noyabrın 1-də Vergilər Nazirliyinin Vergi Auditi Departamenti və Vergi Cinayətlərinin Ibtidai Araşdırması Departamentinin 25-dən çox əməkdaşı heç bir xəbərdarlıq və icazəverici sənəd təqdim etmədən “Qanun” Jurnalı və nəşriyyatının ofisində yoxlama aparıb. O zaman ofisin giriş və çıxışı qapadılıb, redaksiyanın və nəşriyyatın fəaliyyəti dayandırılıb.

Yoxlamalar nəticəsində “Qanun” jurnalı redaksliyası 45 min manatdan artıq (cərimə və vergi) cərimələnmiş, bank hesablarına həbs qoyulmuşdu. Yerli məhkəmələr “Qanun”un şikayətlərinin heç birini təmin etməyib.

Haqqında bəhs olunan yoxlamalardan sonra “Qanun” jurnalı ilə yanaşı, nəşriyyat da cərimələnib. Həmin iş üzrə yerli məhkəmələrdə proseslər hələ davam edir.

XS
SM
MD
LG