Accessibility links

Narkotik maddələrin qanuniləşdirilməsinin cinayət nisbətinə təsiri [Video]


ABŞ federal hökümətinin tiryəki hələ də qeyri-qanuni hesab etməsinə baxmayaraq, iki il öncə Kolorado ilə Vaşinqton ştatları marixuananın satışını leqallaşdıran ilk ştatlar olub.

Hüquq-mühafizə ekspertləri marixuananın cinayətə olan təsirinə dair müzakirələr aparırlar.

Az miqdarda maddə saxladığına və ya satdığına görə bir insanın uzun illər boyu həbs olunması ədalətlidirmi?

Koloradonun Denver şəhərində həşiş dispanseri olan Local Product-da satış həyata keçirilir.

Marixuana satışı bu ştatda qanunidir. Hüquq-mühafizə orqanları isə deyir ki, ümumilikdə qanuni həşiş mağazaları qonşu mağazaların xeyrinədir.

Amma kimliyinin açıqlanmasını istəməyən bir gizli polis deyir ki, bəzi həşiş istehsalçıları qanunları pozurlar.

“Bəzi vətəndaşlar bizə zəng edib qonşularının marixuana yetişdirməsindən və onun dözülməz qoxusundan şikayət edir," deyə o bildirir.

Federal məlumatlara əsasən Koloradoda hər yeddi həddi-buluğa çatmış insandan biri marixuanadan istifadə edir. Onların əksəriyyəti qanunlara riayət etsə də, bu polis işçisi komandasının ictimai yerlərdə marixuana çəkən, marixuana çəkmiş şəkildə maşın sürənlər, marixuananı yeniyetmələrə satanlar və ştatdan kənara çıxarmağa çalışanları təqib edir.

Marixuana

Marixuana

Amma federal məlumatlar göstərir ki, Koloradoda maddə saxlanılması və satışı ilə bağlı həbslər marixuana satışı qanuni olandan bəri ikiqat azalıb. Ümumi cinayət nisbətində isə çox cüzi dəyişiklik olub.

Hazırkı və keçmiş hüquq mühafizə zabitləri, hakimlər və prokurorlardan ibarət təşkilat federal hökuməti bütün narkotik maddələri qanuni etməyə çağırır.

“Az miqdarda maddə saxladığına və ya satdığına görə bir insanın uzun illər boyu həbs olunması ədalətlidirmi?”

Keçmiş Kolorado hüquq mühafizə işçisi Ceyson Tomas indi Maddə Qadağasının Əleyhinə Hüquq Mühafizə İşçiləri adlı qrupun sözçüsüdür. O, ölkədə bəzi maddələrin apteklərdə açıq şəkildə satılmasını, digərlərinin isə bir az daha idarə olunmasını istəyir.

Ştatdakı cinayət nisbətinə istinadən o deyir ki, maddələrin qanuniləşdirilməsinin xaosa gətirib çıxara biləcəyindən narahatdır.

Onlarla digər ştat Kolorado təcrübəsini yaxından izləyir. Bu ştatlarda fəallar marixuananın qanuniləşdirilməsinə dair səsvermə keçirmək istəyirlər.

XS
SM
MD
LG