Accessibility links

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakininin təqdim etdiyi 10 000 ABŞ dolları məbləğində pulun bir mənzildə Vasif Məmmədov və Fariz Rüstəmov tərəfindən 15 600 manat pula qanunsuz mübadiləsi aparılarkən sonuncular cinayət başında yaxalanıb. Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Məlumatda deyilir ki, aparılmış axtarış zamanı qanunsuz valyuta mübadiləsində istifadə üçün nəzərdə tutulmuş 349 104 manat, 537 026 ABŞ dolları, 313 695 avro, 26 440ingilis funt sterlinqi olmaqla ümumilikdə 19 ölkəyə məxsus və təqribən 1,5 milyon Azərbaycan manatı dəyərində milli və xarici valyutada pul vəsaitləri, habelə istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar aşkar edilərək götürülüb.

Fakta görə Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıb və qeyd olunan maddə ilə ittiham elan olunmaqla V.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, F.Rüstəmovun barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG