Accessibility links

Ledi Qaqa Oskar mükafatı laureatı olmaq istəyir.

Deyilənə görə, o, gələn beş il ərzində Oskar mükafatı almaq arzusundadır.

Görünür Twitterdə 33 milyon davamçısı olan və daim dünya ölkələrində qastrol konsertləri verən pop ulduz üçün bunlar adi işlərə çevrilib.

Contact Music veb səhifəsinə istinadən 26 yaşlı Qaqa yeni sərgüzəştlər axtarır və gələn beş il ərzində Oskar mükafatı almaq üçün qarşısına məqsədlər qoyub.

Qaqa deyəsən Castin Biber və Rihannanın yolu ilə getmək istəyir. Adı sadalanan ulduzların hər ikisi böyük ekrana çıxıb. Amma Castin Biberin çəkildiyi film sənədli film idi. Rihanna isə “Döyüş Gəmisi” filmində kiçik roluna görə Oskara nominasiya edilməyib.

Əlbəttə, biz də Ledi Qaqanın Oskar alacağına ümid edirik.

Arzuların gerçəkləşməsini kim istəməz!
XS
SM
MD
LG