Accessibility links

Növbəti qar çovğunun Birləşmiş Ştatları cümə və şənbə günü tərk edəcəyi gözlənilir.

Son qar çovğunu ölkənin şərq hissəsini əhatə edib. Güclü qarın milyonlarla insana çətinliklər yaradıb. Cənub ştatlarda buz bağlayan ağacların aşması nəticəsində naqillər sıradan çıxaraq elektrik kəsintisinə səbəb olub.

18-ə yaxın insanın həyatını itirdiyi xəbər verilir.

Qar çovğunu çərşənbə günü cənub-şərqdən başlayaraq Atlantik Okean sahilləri istiqamətində hərəkət edib.

Qarın 30 santimetrə qədər yağması federal idarələrin və məktəblərin bağlanması, uçuşların təxirə salınması ilə nəticələnib.

Bəzi sakinlər ələ düşən əlavə istirahət günündən istifadə edərək, Vaşinqton ətrafında əylənərək qarın yağmasından həzz alıblar.

Qar çovğunu ölkənin mərkəz bölgələrində dondurucu soyuğa, cənubda nadir qarın yağmasına, qərbdə isə güclü qarın yağmasına səbəb olub. Bu, Birləşmiş Ştatlarda son bir neçə ildə qeydə alınan nadir hallardandır.
XS
SM
MD
LG