Accessibility links

Birləşmiş Ştatların Atlantik okean sahilləri boyu milyonlarla insan uçuşları təxirə salan və yolalrda hərəkəti çətinləşdirən qar çovğununun təsirinə məruz qalıb.

Sinoptiklər ilkin olaraq bir metrə qədər qar yağacağını və güclü küləklərin olacağını proqnozlaşdırmışdı. Lakin onlar bu gün səhər çovğunun təsirinin az olacağı qənaətinə gəlib.

Sinoptiklər ən çox New England regionunun çovğunun təsirinə məruz qalacağını bildirib.

Meteorologiya xidmətinin verdiyi məlumata görə Nyu-York şəhərinin mərkəzində 15 santimetrlik qar yağıb və yağıntı arta bilər.

Şimala doğru Boston və Rod Aylendin paytaxtı Providence-yə 50-60 santimetr qar yağacağı gözlənilirdi.

Vaşınqton şəhərində ABŞ nümayəndələr palatası dünən axşama nəzərdə tutulmuş səsvermələri təxirə salıb.

XS
SM
MD
LG