Accessibility links

Bakıda qarın hündürlüyü 24 santimetrdir [Video & Fotoqalereya]


Şaxta olacaq, yollar buz bağlayacaq

Abşeron yarımadasında dünəndən başlayan qar hələ də davam edir. Bakının küçələri qarla örtülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ölkə ərazisində fevralın 16-sı gündüzdən 17-si səhərədək qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında Bakıda 24, Lənkəran-Astara zonasında 20-91, Kiçik Qafqazda 7-18, Böyük Qafqazda 5-59, Naxçıvan MR-da 2-63, Mərkəzi-Aran rayonlarında və Qazax-Gəncə zonasında 1-15 santimetr olub.

Havanın minimal temperaturu fevralın 16-da Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 1-4, dağlıq rayonlarda və Naxçıvan MR-da 10-17 dərəcə şaxta təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 17-də günün ikinci yarısından başlayaraq tədricən qar yaıntısı kəsiləcək.

Fevralın 18-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 2-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Gecə və səhər avtomobil yolları buz bağlayacaq.

XS
SM
MD
LG