Accessibility links

Azərbaycanda qar və çovğun [Video]


Qarlı və şaxtalı hava davam edəcək

Bakıda küləklə müşahidə edilən qar yağmaqda davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 31-də ölkə ərazisində qar yağması davam edəcək, Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, çovğun olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında da yanvarın 31-də qar yağacaq, bəzi yerlərdə intensiv və güclü olacaq, yollar buz bağlayacaq. Güclü şimal küləyi əsəcək. Bəzi rayonlarda çovğun olacaq.

Aran rayonlarında 3-4 dərəcə, dağlarda 2-10 dərəcə şaxta olacaq.

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, ölkənin bütün istiqamətlərdə yollarında nəqliyyatın hərəkəti çətinləşib, qar yağır.

Bakı-Qazax yolunun 14-24-cü kilometrində çüclü çovğun var. Bakı-Quba yolunun 83 kilometrindək çovqğundur, 83-cü kilometrindən sonra buz bağlayılb. Ağsu-İsmayıllı, Oğuz-Qəbələ, Yevlax-Zaqatala yolları da buz bağlayıb. Nisbətən Astara istiqamətində yollarda hərəkət var.

Son gündə yollarda 10 qəza qeydə alınıb, 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Akstafada 4 nəfərin ölümü ilə nəticələnən qəza qar yağmasından öncə baş verib.

Güclü qar yağmasına və külək olmasına baxmayaraq Bakı Beynəlxalq Hava Limanı normal rejimdə işləyir.
XS
SM
MD
LG