Accessibility links

Qarlı hava davam edəcək


Qar
Qar

Azərbaycanda qarlı hava yanvarın 26-da da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında arabir qar yağacaq, axşama doğru kəsiləcək. Abşeronda gecə 0-3 şaxta, gündüz 0-2 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.

Yanvarın 26-da Azərbaycanın rayonlarında da arabir qar yağacaq. Bəzi rayonlarda intensiv olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentini bildirir ki,yanvarın 25-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 3-24, Böyük Qafqazda 1-17, Kiçik Qafqazda 5-6, Mərkəzi-Aran rayonlarında 3-15, Qazax-Gəncə zonasında 3-9, Naxçıvan MR-da 1-7, Bakıda və Abşeron yarımadasında 1-6 mm olub.

Qar örtüyünün hündürlüyü hazırda dağlıq rayonlarda 12-41, dağətəyi rayonlarda 1-9 sm-ə çatıb.

Əsən şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

XS
SM
MD
LG