Accessibility links

Yanvarın 8-də Bakı və Abşeron yarımadasında qar yağacaq. Şmal-qərb küləyi güclənəcək, çovğun olacaq, gecəyə doğru yollar buz bağlayacaq. Dündüz 0 dərəcə, axşama doğru 2 dərəcəyədək şaxta olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatında deyilir.

Azərbaycanın bölgələrində yanvarın 8-də sulu qar və qar yağacaq. Yağışntılar arabir intensivləşəcək. Şimal-qərb küləyi güclənəcək. Gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcəyədək şaxta olacaq. Yollar buz bağlayacaq.

XS
SM
MD
LG